...

"Eurovision" mahnı müsabiqəsinin son 5 ilinin qalibləri Bakıda toplaşır

Mədəniyyət Materials 10 May 2012 12:25 (UTC +04:00)
Mayın 18-dən etibarən "Eurovision" mahnı müsabiqəsinin ötən 5 ilinin qalibləri Bakıya gələcək.
"Eurovision" mahnı müsabiqəsinin son 5 ilinin qalibləri Bakıda toplaşır

Azərbaycan, Bakı, 10 may / Trend müxbir İ.İsabalayeva/

Mayın 18-dən etibarən "Eurovision" mahnı müsabiqəsinin ötən 5 ilinin qalibləri Bakıya gələcək.

Trend cümə axşamı müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Eurovision" ulduzları Azərbaycanın milli musiqi alətləri ilə "Bakı Kristal Zalı"nda möhtəşəm şou təqdim edəcək.

Artıq müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zalı" möhtəşəm şouya tam hazırdır. "Eurovision 2012"-nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində hazırda texniki məşqlər gedir. Mayın 13-dən isə "Bakı Kristal Zalı" şouda təmsil olunan ölkələri qəbul edəcək.

Bu ərəfədə "Eurovision" mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır.

"Eurovision" mahnı müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək.

Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin "Eurovision" mahnı müsabiqəsinin qalibləri Bakıda toplaşacaq. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında "Bakı Kristal Zalı"nda çıxış edəcək.

"Eurovision" mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaqlar. "Eurovision" ulduzları bu şouda tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər.

Xatırladaq ki, "Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalları mayın 22, 24-də, finalı isə mayın 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti