...

Azərbaycan Diplomatik Akademiyasında ikinci ədəbiyyat məclisi keçirilib (FOTO)

Mədəniyyət Materials 15 May 2012 15:37 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində sayca ikinci ADA ədəbiyyat məclisi keçirilib.
Azərbaycan Diplomatik Akademiyasında ikinci ədəbiyyat məclisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində sayca ikinci ADA ədəbiyyat məclisi keçirilib. Məclisin bu görüşü görkəmli Azərbaycan dramaturqu, şair, rejissor və ssenarist Cəfər Cabbarlıya həsr olunub.

ADA-dan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Hafiz Paşayev Cəfər Cabbarlının yaşadığı dövrdən xatirələrini qonaqlarla bölüşüb.

Tədbirdə iştirak edən tədqiqatçı alimlər, Tahirə Məmməd və Arif Rüstəmli qonaqları yazıçının zəngin ədəbiyyat dünyası ilə daha yaxından tanış etdilər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nadir Huseynov isə Cabbarlının bir neçə şeirini bəlağətlə söyləyib.

Xalq artisti Azər Zeynalov və əməkdar artist Zemfira İsmayılova əməkdar artist Məlahət İsmayılovanın pianoda müşayiəti ilə Cəfər Cabbarlının "Sevil" pyesindən ariya ifa ediblər.

Tədbirdə qonaq qismində çıxış edən Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı və şairin nəvələri onunla bağlı xatirələrini bölüşüb və belə bir tədbirin təşkilinə görə ADA tələbələrinə öz təşəkkürlərini bildiriblər.

ADA tələbələri Cəfər Cabbarlının "Sevil" pyesindən səhnəcik göstərib və onun şeirlərindən parçalar söyləyiblər.

ADA ədəbiyyat məclisi layihəsi ADA Kitab Mərkəzi ilə Mədəniyyət Kanalının birgə layihəsidir. Layihə ADA-nın bakalavr tələbələrinin təşəbbüsüdür və məqsədi ədəbiyyatı sinif otağından kənara çıxarmaq, onu interaktiv şəkildə öyrənmək və ustadlarla birlikdə təhlil etməkdir.

Xəbər lenti

Xəbər lenti