...

Pakistanın nüfuzlu jurnalında Naxçıvan muzeylərinə həsr olunmuş məqalə dərc edilib

Mədəniyyət Materials 4 İyul 2012 16:20 (UTC +04:00)
Pakistanın "Daily Express" jurnalında Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə həsr olunmuş "Azərbaycan muzeyləri" adlı məqalə dərc edilib.
Pakistanın nüfuzlu jurnalında Naxçıvan muzeylərinə həsr olunmuş məqalə dərc edilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Pakistanın "Daily Express" jurnalında Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə həsr olunmuş "Azərbaycan muzeyləri" adlı məqalə dərc edilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, məqalədə Heydər Əliyev muzeyi, eləcə də Naxçıvan Xalça, Dövlət Tarix və Cəlil Məmmədquluzadə muzeyləri haqqında geniş məlumat verilib və orada saxlanılan eksponatlardan söz açılıb.

Müəllif məqalədə Əshabi-Kəhf ziyarətgahına xüsusi yer ayırıb və dünyanın bir çox ölkələrindən minlərlə insanın buranı ziyarət etdiyini vurğulayıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www.express.com.pk/epaper/index.aspx?Issue=NP_ISB&Page=Opinion_Page011&Date=20120625&Pageno=11&View=1

Xəbər lenti

Xəbər lenti