...

"Röyayam" deyib göydən yerə endi... (FOTO)

Mədəniyyət Materials 23 İyul 2012 12:28 (UTC +04:00)
22 iyul - Milli Mətbuat Günündə Azərbaycan estradasının məhşur müğənnisi Röya Ayxanla Rusiyanın tanınmış ifaçısı Leonid Aqutinin “Bakı-Moskva” konserti baş tutdu.
"Röyayam" deyib göydən yerə endi... (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

22 iyul - Milli Mətbuat Günündə Azərbaycan estradasının məhşur müğənnisi Röya Ayxanla Rusiyanın tanınmış ifaçısı Leonid Aqutinin "Bakı-Moskva" konserti baş tutdu.

Trend-in məlumatına görə, "Buta Palace"-da keçirilən konsert maraqlı anlarla yadda qaldı. Öncə səhnəyə rusiyalı ulduz Leonid Aqutin çıxdı. Müğənni paytaxtımızı çox bəyəndiyini və Röya ilə eyni səhnəni bölüşdüyü üçün zövq aldığını dedi.

Azərbaycanlı ulduz səhnəyə daxil oluqda əsl şou başladı. Özünün məşhur "Röyayam" mahnısı ilə göydən səhnəyə enən müğənni solo çıxışı ilə yanaşı bəzi həmkarları ilə də duet ifa etdi. "Şeron" qrupu, Zamiq Hüseynov, Samir Cavadzadə, Neyam Salami və Samira Allahverdi ilə səhnəni bölüşən Röya tamaşaçıları ötən illərə qaytardı.

Möhtəşəm səhnə effektləri və peşəkar rəqqaslarla diqqət çəkən şounun aparıcısı Nəsib Nur idi.

Konsertin rejissoru müğənni Rəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, prodüseri isə Kənan Bayramov idi.

10 nəfər musiqiçi və 3 nəfər bekvokalla tamaşaçıların qarşısına çıxan Röya ilin konsertini vermiş oldu.

Xəbər lenti

Xəbər lenti