...

Azərbaycanın gənc vokalçısı beynəlxalq müsabiqədə iştirak edəcək

Mədəniyyət Materials 25 İyul 2012 10:13 (UTC +04:00)
Azərbaycanın gənc vokalçısı beynəlxalq müsabiqədə iştirak edəcək.
Azərbaycanın gənc vokalçısı beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycan, Bakı, 25 iyul / Trend/

Azərbaycanın gənc vokalçısı beynəlxalq müsabiqədə iştirak edəcək.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov avqustun 15-17-də Ukraynada keçiriləcək "Detskaya Novaya Volna 2012" adlı Gənc Populyar Musiqi İfaçılarının I Beynəlxalq Müsabiqəsinin yarımfinal mərhələsini uğurla keçərək finala dəvət alıb.

12 yaşlı Yasin Həsənov artıq bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. O, "Zemlya pod belımi krılyami" adlı Gənc İstedadların VIII Beynəlxalq Festival-Müsabiqəsində, Uşaq və Gənclərin XI Beynəlxalq Festival-Müsabiqəsində Qran-Pri mükafatları ilə, "Zolotaya pçyolka" XI Beynəlxalq Uşaq Yaradıcılığı Festivalında isə II dərəcəli Diplomla təltif olunub.

Həsənov 2011-ci ildə Rumıniyanın Oneşt şəhərində keçirilmiş XVI "Tİ AMO" Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında III mükafat və xüsusi diploma, Belarus Respublikasının Vitebsk şəhərində keçirilmiş "Slavyanskiy bazar" IX Beynəlxalq Uşaq Musiqi Müsabiqəsində isə II dərəcəli diplom, xüsusi kubok və pul mükafatına layiq görülüb.

Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli sərəncamı ilə Yasin Həsənovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Prezidentin xüsusi təqaüdünə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti