...

Azərbaycanın bir necə tanınmış incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olub

Mədəniyyət Materials 22 Avqust 2012 15:47 (UTC +04:00)
Azərbaycanın bir qrup tanınmış incəsənət xadimləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olublar.
Azərbaycanın bir necə tanınmış incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olub

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bir qrup tanınmış incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olublar.

İttifaqdan çərşənbə günü Trend-ə verilən məlumata görə, onlar xalq artistləri Mərahim Fərzəlibəyov, İlham Namiq Kamal və Arif Quliyev, əməkdar artistlər Əjdər Həmidov, Mehriban Xanlarova və Sabir Məmmədovdur.

Bu artistlər ARKİ-yə üzv olmaq üçün etdikləri müraciət əsasında İttifaqın qəbul komissiyası tərəfindən üzvlüyə qəbul olunublar.

Xəbər lenti

Xəbər lenti