...

Azərbaycan rejissoru Serbiyada keçirilən film festivalının qalibi oldu

Mədəniyyət Materials 25 Avqust 2012 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycan rejissoru Arzu Urşan Serbiyada keçirilən film festivalının qalibi oldu. Bu barədə Trend-ə Azərbaycanın Serbiya Respublikasındakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, 21-24 avqust tarixlərində Serbiyanın Zlatibor şəhərində idman filmləri üzrə birinci beynəlxalq festival keçirilmişdir. Festivalda 14 ölkədən 25 film nümayiş etdirilmişdir.

Münsiflər heyətinin qərarına görə Azərbaycan rejissoru Arzu Urşanın "Top bəzə uçur, bəzən yerə düşür" filmi festivalın birinci mükafatına layiq görülmüşdür.

Xəbər lenti

Xəbər lenti