...

"Azanfilm" studiyasına yeni direktor təyin olunub

Mədəniyyət Materials 30 Avqust 2012 11:31 (UTC +04:00)
Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Azanfilm” (Azərbaycan Animasiya Filmləri) studiyasına yeni bədii rəhbər və direktor təyin olunub.
"Azanfilm" studiyasına yeni direktor təyin olunub

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Azanfilm" (Azərbaycan Animasiya Filmləri) studiyasına yeni bədii rəhbər və direktor təyin olunub. Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu vəzifəyə gənc rejissor Fariz Əhmədov təyin olunub.

1983-cü ilin dekabrın 15-də anadan olan Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenarist ixtisasında (bakalavr səviyyəsi üzrə) və Moskvada Rusiya Dövlət Kinomatoqrafiya İnstitutunda magistratura səviyyəsi üzrə təhsil alıb.

O, bu yaxınlarda "Mayak" qısametrajlı bədii filmini çəkib. Yeni direktor hələ kollektivə təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti