...

Yaşar Nuri: Özümü yaxşı hiss edirəm, səhhətimdə ciddi problem yoxdur

Mədəniyyət Materials 3 Sentyabr 2012 13:18 (UTC +04:00)
Özümü yaxşı hiss edirəm, səhhətimdə ciddi problem yoxdur. Bunu Trend-ə telefonla İstanbuldakı xəstəxanaların birində müalicə olunan Xalq artisti Yaşar Nuri deyib.
Yaşar Nuri: Özümü yaxşı hiss edirəm, səhhətimdə ciddi problem yoxdur

Azərbaycan, Bakı, 3 sentyabr /Trend. müxbir V.İmanov/

Özümü yaxşı hiss edirəm, səhhətimdə ciddi problem yoxdur. Bunu Trend-ə telefonla İstanbuldakı xəstəxanaların birində müalicə olunan Xalq artisti Yaşar Nuri deyib.

Nuri bildirib ki, müayinələr aparılıb və nəticələri sabah açıqlanacaq.

Xalq artistinin qızı Ülviyyə Nuri Trend-ə bəzi yerli KİV-lərdə atasının ölüm xəbərinin yayılmasından təəssüfləndiyini və qəzəbləndiyini bildirib.

"Hazırda stress içindəyəm. Çox təəssüflənirəm ki, atamla bağlı belə şayiələr yayılır", - o deyib.

Qeyd edək ki, KİV-də Xalq artistinin ölümü ilə bağlı məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti