...

"Azərbaycanfilm" kinostudiyasının yenidən qurulmasına dair müqavilə imzalanıb (FOTO)

Mədəniyyət Materials 15 Sentyabr 2012 12:42 (UTC +04:00)
Trend-in məlumatına görə, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "CTM" şirkətinin baş direktoru Arno Frille və dünya şöhrətli aktyor Jerar Depardye iştirak ediblər.
"Azərbaycanfilm" kinostudiyasının yenidən qurulmasına dair müqavilə imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir V.İmanov/

Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Fransanın "CTM" şirkəti ilə "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulmasına dair müqavilə imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "CTM" şirkətinin baş direktoru Arno Frille və dünya şöhrətli aktyor Jerar Depardye iştirak ediblər.

Nazirin sözlərinə görə, kinostudiyanın yenidən qurulması Azərbaycanda kinematoqrafiyanın inkişafına yeni nəfəs verəcək.

Öz növbəsində, Jerar Depardye qeyd edib ki, Azərbaycanın təbiəti, mədəniyyəti və qonaqpərvərliyinə heyran qalıb və belə vacib müqavilənin imzalanmasına görə sevinir.

Xatırladaq ki, Depardye Bakıya "Aleksandr Düma Azərbaycanda" sənədli filminin çəkilişiləri üçün gəlib. O, filmdə əsas rollardan birini oynayır.

Xəbər lenti

Xəbər lenti