...

Alim Qasımov Varşavada beynəlxalq festivalın açılışında iştirak edib (FOTO)

Mədəniyyət Materials 26 Sentyabr 2012 19:49 (UTC +04:00)
Polşanın paytaxtı Varşava şəhərində "Mədəniyyətlərin kəsişməsi" Beynəlxalq festivalının açılışı olub.
Alim Qasımov Varşavada beynəlxalq festivalın açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Polşanın paytaxtı Varşava şəhərində "Mədəniyyətlərin kəsişməsi" Beynəlxalq festivalının açılışı olub. Dünyanın ən tanınmış sənət adamlarının qatıldığı bu möhtəşəm tədbirin açılış konsertində Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov qızı Fərqanə xanım Qasımova və qrupu ilə birlikdə çıxış edib.

Azərbaycanın Polşadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tam dolmuş konsert zalında Azərbaycan xanəndələrinin möhtəşəm ifaları, ecazkar səsləri, qeyri-adi improvizasiyaları və səhnə performansı izləyiciləri heyran edib. Musiqiçilərimiz minlərlə əcnəbinin ayağa qalxaraq sürəkli alqışlarının sədası altında səhnəni tərk ediblər.

Konsert proqramı bitdikdən sonra Alim Qasımov, Fərqanə Qasımova və onları müşayiət edən musiqiçilər səfırliyin nümayəndələri, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova və digər fəal üzvləri ilə görüşüblər. Xanəndə Cəmiyyətin fəaliyyətinə uğurlar diləyib, arzularını xatirə kitabçasında qeyd edib.

Xəbər lenti

Xəbər lenti