...

Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 4 Oktyabr 2012 15:46 (UTC +04:00)
Oktyabrın 8-10-da Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi Belarusun Milli Akademik Opera və Balet Teatrında baş tutacaq.
Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 8-10-da Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi Belarusun Milli Akademik Opera və Balet Teatrında baş tutacaq. Trend-in məlumatına görə, bu barədə BELTA agentliyi Belarus Mədəniyyət Nazirliyinin mətbuat katibi Yuliya Viskuba istinadən yazır.

Oktyabrın 9-da Böyük Teatrın səhnəsində Azərbaycanın "Yeddi gözəl" baleti təqdim olunacaq.

Məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti XII əsrdə yaşamış Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yaradılıb. "Yeddi gözəl" Nizaminin ölməz "Xəmsə"sindəki dördüncü poemadır. Poemada qədim İran şahı Bəhramın həyatı və şücaətinin təsviri ilə yanaşı, Bəhramın yeddi arvadına həsr olunmuş gözəl novellalar yer alıb.

"Yeddi gözəl"in premyerası 1952-ci ildə Azərbaycan Opera və Balet Teatrında keçirilib. 1990-cı illərin əvvəllərində tamaşa repertuardan itib. Dekorasiyalar yararsız hala düşmüşdü, sovet dövründə ayzılmış libretto isə yenidən işlənmə tələb edirdi. Balet 2008-ci ildə yenidən səhnələşdirildi. Bakıda keçirilən premyeraya Pyer Karden özü gəldi və dedi: "Bu baleti Paris mütləq görməlidir!".

Müasir "Yeddi gözəl" baleti 1952-ci ilin tamaşasının bərpası deyil, fəlsəfi, simvolik və eyni zamanda nağılvari tamamilə yeni əsərdir.

Baletin premyerası oktyabrın 8-də Belarusun Böyük Teatrında "Azərbaycan ənənə və müasirliyin qovuşmasında" adlı turizm və foto sərgisinin açılışı ilə eyni günə təsadüf edəcək. Sərgidə Fərid Xayrulin, Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi məşhur fotoqrafların işləri nümayiş olunacaq. Fotoşəkillər qədim tarixi abidələri və bu ölkənin müasir quruculuğunu əks etdirir.

Habelə oktyabrın 8-dən 10-dək "Pobeda" kinoteatrında Azərbaycan kinolarını izləmək mümkün olacaq.

Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin təşkilatçıları iki ölkənin Mədəniyyət nazirlikləridir.

Xəbər lenti

Xəbər lenti