...

Azərbaycan-London kino festivalı keçiriləcək

Mədəniyyət Materials 22 Oktyabr 2012 18:27 (UTC +04:00)
Cari ilin noyabr ayının 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan-London kino festivalı keçiriləcək.
Azərbaycan-London kino festivalı keçiriləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Cari ilin noyabr ayının 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan-London kino festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gənc azərbaycanlı rejissorlara öz sənət əsərlərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan festivalın açılış mərasimində britaniyalı kinosevərlərə Azərbaycanın bədii və sənədli filmləri təqdim olunacaq.

Müasir dövrdə ölkəmizdə ən son lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Nailə Zülfüqarovanın sərgisi də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti