...

"Bakı dünən, bu gün və sabah" mövzusunda müsabiqə-sərgi elan edildi

Mədəniyyət Materials 31 Oktyabr 2012 17:35 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və “Xətai” Sənət Mərkəzi ilə birlikdə "Bakı dünən, bu gün və sabah" mövzusunda müsabiqə-sərgi elan edilib.
"Bakı dünən, bu gün və sabah" mövzusunda müsabiqə-sərgi elan edildi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və "Xətai" Sənət Mərkəzi ilə birlikdə "Bakı dünən, bu gün və sabah" mövzusunda müsabiqə-sərgi elan edilib.

Trend-in İdarənin rəsmi saytına istinadən yaydığı məlumata görə, müsabiqə-sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd Bakı şəhərinin tarixi keçmişini, bu günü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun yeni incəsənət əsərlərinin yaradılmasından ibarətdir. Eyni zamanda müəyyən olunmuş 12 mövzu üzrə rəngkarlıq, qrafika və heykəltəraşlıq müsabiqəsi və sərginin təşkilini özündə ehtiva edir.

Heykəltəraşlıq, rəngkarlıq, qrafika, nominasiyaları üzrə mükafatlar və diplomlar təqdim ediləcək.

Müəyyən olunmuş mövzular:

1. Bakı şəhərinin tarixi-memarlıq abidələri və mənzərələri
2. Bakı xanlığının tarixi
3. Neft mədənləri keçmişdə, bu gün və sabah
4. Bakı milyonçuları
5. Böyük Vətən Müharibəsi zamanı alman faşistləri üzərində qələbə qazanılmasında Bakı neftinin əhəmiyyəti
6. Bakı şəhərinin bolşevik və daşnaq işğalından azad olunması (1918-ci il 15 sentyabr)
7. Heydər Əliyev və Bakı memarlığı
8. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ucaldılan monumental heykəllər, tikilən yeni memarlıq abidələri
9. Bakı müasir, inkişaf edən Azərbaycanın paytaxtı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti