...

Azərbaycan nümayəndə heyəti Florensiyaya səfər edəcək

Mədəniyyət Materials 30 Noyabr 2012 16:03 (UTC +04:00)
Dekabrın 3-5-də Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Romualdo del Bianko Fondunun dəvəti ilə İtaliyanın Florensiya əyalətinə səfəri nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyəti Florensiyaya səfər edəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 3-5-də Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Romualdo del Bianko Fondunun dəvəti ilə İtaliyanın Florensiya əyalətinə səfəri nəzərdə tutulub.

Trend cümə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Romualdo del Bianko Fondu ilə nazirlik arasında gələcək əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması planlaşdırılır. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin Florensiya əyalətinin prezidenti Andrea Barduçi, əyalətin mədəniyyət üzrə konsulu Sercio Civoni, Romualdo del Bianko Fondunun prezidenti Paolo Del Bianko, ICOMOS İtaliya təşkilatının prezidenti Maruritsio di Stefano və YUNESKO Ümumdünya İrs Obyektləri İtalyan Assosiasiyasının rəhbəri Karlo Françini ilə görüşləri keçiriləcək.

Görüşlərdə "Life Beyond Tourism" portalında ölkəmizin mədəniyyətinin və irsinin təbliğ edilməsi, 2013-cü ildə Florensiyada "Azərbaycan irsi festivalı" adlı tədbirin təşkili, ölkəmizdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Milli Komitəsinin (ICOMOS Azərbaycan) yaradılması, 18 aprel - Dünya İrs Günü ilə bağlı qarşılıqlı layihələrin icrası məsələləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti