...

Azərbaycan şirkəti Aktauda kinokonsert zalı tikməyi planlaşdırır

Mədəniyyət Materials 19 Dekabr 2012 10:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan şirkəti Aktauda dekonstruktivizm üslubunda kinokonsert zalı tikməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü KAZİNFORM xəbər verib.

Layihəni "Bakinşaateroup" şirkəti hazırlayıb. İkimərtəbəli binada, memarların fikrincə, üç zal yerləşməlidir. Əsas konsert zalı 1700 insan üçün hesablanıb.

"Dekonstruktivizm üslubunda tikiləcək binanın tərtibatında Qazaxıstanın simvolundan istifadə ediləcək", - memar Zəki Cəbiyev qeyd edib.

"Vilayətdə yaxşı konsert zalı yoxdur. Universitetin inkişafı planında tələbələr üçün sarayın tikintisinə dair bənd var, buna görə bu iki layihəni birləşdirməyi təklif edirəm. Əsas odur ki, vilayətin sakinləri bu yerdə asudə vaxtı səmərəli keçirmək imkanına malik olsunlar. Konsertlərin açıq havada keçirilməsi üçün açıq meydançanın tikintisini nəzərdə tutmaq lazımdır. Sizin təcrübənizə və layihənin reallaşdırılmasına məsuliyyətli yanaşmanıza ümid edirik", - Manqustaus vilayətinin hakimi Baurjan Muxamedjanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti