Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ötən il 1,8 milyon nəfər muzeylərə gəlib.
Dövlət Statistika Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən il teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olub.
Hazırda Azərbaycanda 36 milyon kitabxana fondu olan 3883 kütləvi kitabxana, 2767 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 366 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.