...

Gənclər Günü mədəniyyət tədbirləri ilə qeyd ediləcək

Mədəniyyət Materials 1 Fevral 2013 16:01 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral - Gənclər Gününə həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək. Fevralın 1-də nazirliyin və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə "Gəncləşən muğam-4" adlı gənc xanəndələrin konserti təqdim olunacaq.
Gənclər Günü mədəniyyət tədbirləri ilə qeyd ediləcək

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral - Gənclər Gününə həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək. Fevralın 1-də nazirliyin və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə "Gəncləşən muğam-4" adlı gənc xanəndələrin konserti təqdim olunacaq.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bu il dördüncü dəfə gerçəkləşən konsert xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.

Muğam gecəsində əməkdar artist, xanəndə Təyyar Bayramov, muğam ifaçıları - Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Aksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış edəcəklər.

Fevralın 6-da Caz Mərkəzində təşkil olunacaq konsertdə isə gənc musiqiçilərdən Elvin Məmmədzadə (piano), Allahyar Vəzirov (vibrafon) Həsən Bədəlov (zərb alətləri), Teymur Bulatov (truba), İgid Siner (gitara), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Etibar Əsədli (piano), Nərminə İsmayılova (saksafon) solo və birgə musiqi nömrələri təqdim edəcəklər.

Gənclər Günü münasibətilə daha bir konsert fevralın 8-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Həmin gün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqramla çıxış edəcək. Konsertin dirijoru Fəxrəddin Kərimovdur. Proqramda gənc bəstəkarlardan Pikə Axundovanın "Simfoniya No.2", Cəmilə İsmayılovanın "Xəzər" simfonik lövhəsi, Azər Hacıəsgərlinin "Skripka və orkestr üçün konsert"i, Eldar Məmmədlinin "Dastan" simfonik poeması, Ülkər Məmmədlinin "Qarabağ uğrunda" simfonik poeması səsləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti