...

YARAT! Sponsorların 2013-cü ildə Azərbaycanın müasir incəsənətinin inkşafında iştirakı və gənc istedadlara kömək arzusunu dəstəkləyir

Mədəniyyət Materials 5 Fevral 2013 10:00 (UTC +04:00)
Bu gün “YARAT!”, ölkəmizin aparıcı dövlət idarələrinin və kommersiya təşkilatlarının Azərbaycan müasir incəsənətinin gələcək inkişafı üçün kömək etmək istəyini dəstəkləyən qətnamə qəbul etdi.
YARAT! Sponsorların 2013-cü ildə Azərbaycanın müasir incəsənətinin inkşafında iştirakı və gənc istedadlara kömək arzusunu dəstəkləyir

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir M.Əliyev/

Bu gün "YARAT!", ölkəmizin aparıcı dövlət idarələrinin və kommersiya təşkilatlarının Azərbaycan müasir incəsənətinin gələcək inkişafı üçün kömək etmək istəyini dəstəkləyən qətnamə qəbul etdi.

Trend-in məlumatına görə, müasir incəsənət məkanı "YARAT!" qeyri-kommersiya təşkilatıdır, hansının vəzifəsi müasir Azərbaycan incəsənətini dəstəkləmək, onu ölkədə və xaricdə layiqincə təqdim etməkdir və o bu gün elan edir ki, 2012-ci ildə Azərbaycan müasir incəsənətinin inkişafına köməyini əsrgəməmiş və 2013-cü ildə təşkil olunacaq müxtəlif proqramlarda iştirak etmək istəyən sponsorların bu istəyini təqdirə layiq sayır.

"YARAT!"ın dostları - Azərbaycanın aparıcı dövlət orqanları və kommersiya təşkilatları - hansılara "Heydər Əliyev Fondu", İçəri Şəhər Administrasiyası, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Ailə, Qadın və Uşaq problemləri üzrə Komitə", "Azercell Telecom", "Bakcell Telecom", "Bank Respublika", "Pasha Holding", "Silk Way Travel", "Rapid Solutions", "İtalidesign" daxildir - "YARAT!"ın gənc istedadlar axtarışını, onlara dəstəyini və Azərbaycan müasir incəsənətinin müxtəlif sahələrində onların təqdim edilməsi üçün etdiyi səyləri yüksək qiymətləndirir və bu səylər üçün gərəkli maddi köməyi edirlər.

"YARAT! fəaliyyətə "ON Söz" layihəsi ilə 2011-ci ilin oktyabrında başlayaraq, müasir incəsənət sahəsindəki proqramlar 2012-ci ilin dekabr ayının sonuna qədər davam etdi. 2012-ci ildə "YARAT!", ölkəmizdə və xaricdə, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə 18-dən çox sərgi, festival, seminar, "master-klass" və başqa maarifləndirici tədbirlər təşkil etmişdir, harada həm yerli, həm də əcnəbi iştirakçılar bədii rəsm əsərlərindən başlayaraq, qısa metrajlı filmlərə qədər nümayiş etmişdirlər.

Təşkil olunan layihələrin Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova, Rəşad Ələkbərov, Rəşad Babayev, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Nəzrin Məmmədova, Əli Həsənov, Orxan Hüseynov və bir çox başqa proqram iştirakçılarının özlərini ifadə etmələrinə və nailiyyətlər əldə etmələrinə böyük xeyri dəymişdir. "YARAT!" gələcəkdə də Azərbaycan müasir incəsənətinin gənc nümayəndələrini, istisna olmadan hamısını, dəstəkləyəcək, özünü ifadə etmək, ustalığını artırmaq və tanınmaq üçün onlara hər cür şərait yaradacaqdır.

İllik yekun çıxışında "YARAT!"ın direktoru və yaradıcısı Aida Mahmudovanın qeyd etdiyi kimi: "Müasir incəsənət tədbirlərinin planlaşdırılması və uğurla həyata keçirilməsi prosesi, peşəkar, emosiyanal, fiziki və maddi səylər tələb edir, könüllü olaraq bu işə qoşulan insanların, həmçinin sponsorların və xeyriyyəçilərin sədaqətlə çalışmasına bağlı olur. Eyni vaxt istənilən bir cəmiyyətin düşüncəli vətəndaşı üçün incəsənətin, xüsusən müasir incəsənətin inkişafına kömək etmək alicənablıqdır. Orta və iri kommersiya və qeyri-kommersiya təşkilatları adi vətəndaşlardan onunla fərqlənirlər ki, onların cəmiyyətdəki vəzifələri və gördükləri işdən savayı, həmin cəmiyyət qarşısında həm də sosial vəzifələri də vardır.

Sevindirici haldır ki, Azərbaycanda alicənab rəhbərlər çoxdur, hansılar həm vətəndaş mövqelərini ifadə edirdilər, həm də cəmiyyət qarşısında olan sosial vəzifələrini layiqincə icra edirdilər. 2012-ci ildə olan bütün nailiyyətlərimiz onların iştirakı və dəstəyi olmadan mümkünsüz olardı.

Biz, "YARAT!" sponsorlarımıza dərin minnətdarlığımızı bildiririk - aparıcı dövlət orqanları və kommersiya təşkilatlarına, etdiyimiz səylərə göstərdikləri marağa və etdikləri dəstəyə görə təşəkkür edirik və 2013-cü ildə qarşımızda qoyduğumuz məqsəd - gənc azərbaycanlı istedadların axtarışı və onlara dəstək olunması, Azərbaycan müasir incəsənət dünyasına həm gənc, həm də yaşlı nəslin cəlb edilməsi - naminə bərabər çalışacağımızı səbirsizliklə gözləyirik.

Biz əminik ki, digər rəhbərlər də, hansılar Azərbaycanın mənəvi gələcəyinə laqeyd deyillər,etinasız olmayacaqlar və Azərbaycanın yüksək standartlı müasir incəsənət ölkəsinə çevrilməsi üçün aktiv xeyriyyəçilik addımlarını atacaqlar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti