...

"YARAT" Venesiya biennalesində "Love Me, Love Me Not" sərgisinin iştirakçılarının işlərini təqdim edir (FOTO)

Mədəniyyət Materials 3 Aprel 2013 10:00 (UTC +04:00)
"YARAT" Müasir İncəsənət Məkanı Venesiya biennalesində "Love Me, Love Me Not" (Sevir, sevmir) sərgisi ilə iştirak edir.
"YARAT" Venesiya biennalesində "Love Me, Love Me Not" sərgisinin iştirakçılarının işlərini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir V.İmanov/

"YARAT" Müasir İncəsənət Məkanı Venesiya biennalesində "Love Me, Love Me Not" (Sevir, sevmir) sərgisi ilə iştirak edir.

Love Me, Love Me Not (Sevir, sevmir) - Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda hazırladıqları işlər, Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcək. Trend-in məlumatına görə, Bakıda yerləşən qeyri-kommersiya təşkilatı "YARAT!" tərəfindən təşkil olunan sərgi (kurator Dina Nassir-Xadivi) 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi - 55-ci Beynəlxalq Bədii İncəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaq.

Rəssamlar: Azərbaycandan - Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Fərid Rəsulov; İrandan - Afruz Amiqi, Şoja Azari, Mahmud Bahşi, Əli Banisadr, Fərhad Moşiri; Türkiyədən - Kutluq Ataman; Rusiyadan Taus Maxaçeva; Gürcüstandan - İliko Zautoşvili və Slavyanlar və Tatarlar ("Avrasiya")

"Hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və bu ölkələr haqqında səhv təsəvvürlər var, - kurator Dina Nassir-Xaddivi deyir. - Sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcək".

Sərginin adı - Love Me, Love Me Not (Sevir, sevmir) - Azərbaycanın ətrafındakı qonşu ölkələrlə olan dəyişkən münasibətləri, eyni zamanda, rəssam və tamaşaçı arasında olan münasibətləri özündə əks etdirir.

Eyni adı sərgiyə daxil olan məşhur "Slavs and Tatars" art-qrupunun işi də daşıyır.

Kataloq

Kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaksiyası altında və aşağıdakı mütəxəssislərin köməyi ilə:

• Nada Raza, kurator köməkçisi, Teyt Modern qalereyası
• Nikolas Kullinan, müasir təsviri incəsənət üzrə kurator, Metropoliten muzeyi
• Neqar Əzimi, yazıçı və "Bidoun Projects" nəşrinin baş redaktoru
• Monika Steynberq, elmlər namizədi, Məzunlar Mərkəzi, Nyu-York Universiteti
• Suad Qarayeva, yazıçı və kurator, Rusiya, Mərkəzi Asiya və Qafqazda müasir təsviri incəsənət üzrə ixtisaslaşıb
• "Slavs and Tatars" (Slavyanlar və Tatarlar) - "Avrasiya" adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin Səddinə qədər olan ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika təşkil edən debat klubu.

Kollektivin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır. Burada çox vaxt unudulan kulturoloji sual olan - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirindən danışılır.

"YARAT!" təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilib. Bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda, Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.

Baş ofisi Bakıda yerləşən "YARAT!" təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsilə həyata keçirir. "YARAT!" yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.

"YARAT!"ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün "ARTIM" adlı layihə daxildir. "ARTIM" qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanını yaratmaq məqsədi qoyub. Yerli infrastruktur vasitəsilə incəsənətin inkişafı üçün "YARAT!" tərəfindən əsası qoyulan "YAY" Qalereyası kommersiya məqsədli sərgi meydanıdır. "YAY" satışdan əldə edilən gəliri rəssam və "YARAT!" təşkilatı arasında bölür, həmçinin bir sıra Azərbaycan və xarici incəsənət xadimlərini dəstəkəyir.

Dina Nasser-Xadivi müstəqil kurator və məsləhətçidir, əsas olaraq Yaxın və Orta Şərq, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət sahəsi üzrə ixtisaslaşıb. Dina əvvəllər "Kristi" hərracında 19-20-ci əsrlər incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi çalışıb, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışıb, çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində (2010-cu ilin payızında Nyu-Yorkun Solomon Quqqenxaym muzeyində, Hyuston Təsviri İncəsənət Muzeyində və Müasir İncəsənət Muzeyində təşkil olunmuş "İran moderninə və müasir təsviri incəsənət dünyasına giriş" adlı seminar) rəssamlar üçün beynəlxalq platforma yaradıb. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay şəhərləri arasında bölüşdürmüş olur.

Son zamanlar fəaliyyətinin Qafqaz regionu tərəfə yönəlməsi Dinanın Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni olan İran ilə qonşuluğu, xüsusən də onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara qarşı marağının artmasından irəli gəlir.

Sərginin sponsorları Azərbaycanda bir sıra tanınmış markalardan biri olan istehlak məhsulları şirkəti GİLAN və Azərbaycan bazarında aparıcı şirə markası "Jalə"dir.

Tədbirə Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi texniki dəstək göstərir.

Rəssamların tərcümeyi-halı

Faiq Әhməәd (1982-ci ildə anadan olub) Azərbaycan xalçaları haqqında olan tәsəvvürləri məhv etmək niyyәtindədir. Xalçalar hələ də Azərbaycanda vә qonşu ölkələrdә divardan asılan, yaxud ayaq altına sərilәn məşhur incəsənət nümunələri kimi sayılır.

Hamar təsvirlәri heykәl olaraq, fәza obyektlərinә çevirərәk və əl ilә toxunan xalça elementlərinə şüşә lifdәn hazırlanan müxtəlif formalar əlavə edərək, mәdəniyyət incisinə yeni rakursdan baxış təqdim edir.

2004-cü ildə Azərbaycan Dövlət Rәssamlıq Akademiyasını bitirdikdən sonra, 2007-ci ildә Azәrbaycanı 52-ci Venesiya Biennalesində təmsil edib. İştirak etdiyi sərgilərә daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); İslam incәsәnәti festivalı, Şarja, BƏӘ (2012); Müasir İncәsənət Muzeyi, Bakı, Azərbaycan; Xalq üçün incəsənət 012 Bakı festivalı (2012); "Kunsthalleim Lipsiusbau", Drezden, Almaniya (2008); 52-ci Venesiya Biennalesi, Azərbaycan Pavilyonu (2007); Qafqaz Milli Müasir İncәsәnәt Mərkәzi - Moskva, Rusiya (2006).

Faiq Әhməd Azərbaycanda yaşayıb yaradır.

Rəşad Ələkbərov (1979-cu il) bir-biri ilә uyuşmayan obyektlәrdәn vә rәnglәnmiş kölgәlәrdәn ibarәt instalyasiyalar yaradır, sanki tamaşaçını intizarda saxlayır və mədəniyyətlә bağlı suallara toxunur. 55-ci Venesiya Biennalesi üçün o, əsas məğzini Azərbaycan әlifbasının inkişafına yönəltmiş instalyasiya hazırlayacaq, son 70 ildə 3 dəfə dəyişilmiş əlifbanın timsalında tarix, kimlik və təkamül öz əksini tapacaq.

Azәrbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdəәn (2001) sonra rəssam Azərbaycanı 2007-ci il 52-ci Venesiya Biennalesində tәmsil etmәk üçün seçilib.

İştirak etdiyi sərgilәrə daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); İslam incəsәnәti festivalı, Şarja, BƏӘ (2012); "YARAT!" müasir incәsənət tәşkilatının sərgisi, Bakı, Azәrbaycan (2012); Xalq üçün incəsənət 012 Bakı festivalı (2012); "Den Frie Centre" müasir incəsənət mərkəzinin sərgisi, Kopenhagen, Danimarka (2010); 52-ci Venesiya Biennalesi, Azərbaycan Pavilyonu (2007)

Rəşad Ələkbәrov Azərbaycanda yaşayıb yaradır.

Əfruz Amiqi (1974-cü il) tarixin multimedia instalyasiyasında bərpası haqqında düşünür. Onun İran vizual mədəniyyəti haqqında dərin vә tәnqidi fikirlәri var, həm içindә yaşayan adam kimi, həm də xaricdən baxan adam kimi. Onun ən böyük işi xüsusi olaraq 55-ci Venesiya Biennalesi üçün sifariş olunub, bu işdə Biennaledə görünәn vә ümumən Avrasiya materikindә müşahidə olunan mədәniyyətlərin kәsişməsi mövzusu önə çıxarılıb. Cәlalәddin Ruminin çin vә yunan rəssamlarının rəqabətindən bəhs edәn məsəlinə əsaslanaraq yaratdığı işində su təsviri olan Venesiya bağlığını, müxtəlif kölgә vә memarlıq işlәrini bir araya gətirә bilib.

İştirak etdiyi sәrgilәrә daxildir: İncәsənət və Dizayn Muzeyi, Nyu-York (2012); Təsviri İncәsәnәt Muzeyi, Hyuston, Texas (2010); Viktoriya vә Albertin Muzeyi, London (2009). Şəxsi sərgilәrinə: "Asma Şәhər", "Bloom" layihәlәri, müasir incәsәnət forumu, Santa-Barbara, Kaliforniya (2012); "İçəridәki Dövlәt", Nisel Boşene Qalereyası, Nyu-York (2011); "Mələklәr Döyüşdə", İzabel Van Den Eynde Qalereyası, Dubay, Birləşmiş Әrәb Әmirlikləri (2010).

Əfruz Amiqi Nyu-Yorkda yaşayıb yaradır.

Kino və videogörüntü incəsənətinin yeni axınının nümayəndələrindən biri hesab edilən Kutluq Ataman (1961-ci il) diqqətini individual və kollektiv kimlik, hәmçinin coğrafi vә tarixi konsepsiyalar xronikasına yönəldir, bununla mütәmadi olaraq yenidən yazılma və şəxsiyyәt razılığı üçün yol açmış olur. 55-ci Venesiya Biennalesində rәssam Mesopotamiya dramının əsasında hazırladığı "Kolonna" adlı işini təqdim edir (2009) - bu videoheykəltәraşlıq nümunəsi eyni zamanda Romada (İtaliya) yerləşən Britaniya məktәbi, Françesko Minininin Sərgisi (Milan, İtaliya), Henri Mur Fondu (Böyük Britaniya), 21-ci əsrin Milli təsviri incəsənət muzeyi (Roma, İtaliya) və "UniCredit Group" (İtaliya) tərәfindən də sifariş olunub. Romada yerlәşәn Trayan Sütunundan ilhamlanmış rəssamın yaratdığı "Column" heykəli 42 televizor monitorundan ibarәtdir, bütün monitorlar üzü çölə baxır, hər bir monitorda Şərqi Türkiyə kəndlisinin ifadəli, cəmlənmiş və səssiz üzü göstərilir. Bu, rәssamın heç bir söz və mətndən istifadə etmədәn bir hekayəni danışmaq cəhdidir, eyni zamanda, Anadolu xalqının ehtiramla yad edilməsidir; bu xalq tarix boyunca regionda olan siyasi, iqtisadi vә mədəni basqıya görə öz sәssizliyini qorumaq məcburiyyətindә qalıb.

Ataman 2004-cü ildə Terner mükafatına namizəd olub, eyni ildə Karneqi beynәlxalq mükafatını qazanıb. O, hәmçinin 2009-cu ildə "Abraaj Capital Art Prize" mükafatına layiq görülüb və 2011-ci ildə şahzadə Maqarietə məxsus Avropa Mədəniyyәt Fondunun mükafatını alıb. Atamanın işlәri İstanbul (1997, 2003, 2007), Venesiya (1999), San-Paulo (2002, 2010) və Berlin (2001) biennalelərində, hәmçinin "Documenta" (2002) sәrgisində də sərgilənib. Bu yaxınlarda tәşkil etdiyi şəxsi sәrgilərinin siyahısına "ARTER" (İstanbul, 2011), "İstanbul Modern" (İstanbul, 2010), MAXXİ - 21-ci yüzilliyin incəsәnəti Milli muzeyi (Roma, 2010), "Ludwig" muzeyi (Köln, 2009) və "Lentos Kunstmuseum" (Lins, Avstriya, 2009) aiddir. Gələcəkdə Vankuverin (Kanada) Təsviri İncәsәnət Qalereyasında və İstanbulun (Türkiyə) "Mana" qalereyasında sərgiləri gözlənilir.

Kutluq Ataman 3 şəhərdə yaşayıb yaradır: İstanbul, İslamabad və London.

Şoja Azari (1958-ci il) - rəssam və kinematoqraf, öz əsərlərində kino, rәssamlıq və fotoqrafiya elementlərindəәn istifadə edir. 1998-ci ildə Soja məşhur rәssam Şirin Neşatla görüşüb və o vaxtdan etibarәn bərabər çalışırlar. Onların әn məşhur işlәrindən biri "Turbulent" adlanır, bu ikiekranlı instalyasiya 1998-ci ildə Venesiyada "Qızıl Şir" mükafatını alıb, digәr bir iş "Rapture" (1999) isə Artur Danto tərəfindәn "şedevr" adlandırılıb. Növbəti illәrdə Şoja və Şirin 15-dən çox kino və təsviri instalyasiyalar təqdim ediblər. Bu instalyasiyalar dünyanın bir çox muzeylərində və kinofestivallarında geniş tamaşaçı kütlәsinә göstərilib. 2000-ci ildə Şoja Kafkanın 3 hekayədən ibarət trilogiyasını adaptasiya edərək, özünün ilk bədii filmi kimi təqdim edib. "K" adlanan filmin premyerası 2002-ci ildə Venesiya kinofestivalında baş tutub. "Women Without Men" (Qadınlar kişilərsiz) adlanan bədii film (ssenari müəllifi və rejissoru Şoja və Neşat olub) 2010-cu ildə Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. Bu film Saxrnuş Parsipurun novellası əsasında çəkilib. Burada söhbət 1953-cü ilin yayında İranda baş verən və Amerika tərəfindən ruhlandırılan hərbi çevriliş zamanı bir-birinə sıx bağlı olan 4 qadın taleyindən gedir. 55-ci Venesiya Biennalesi üçün Azari bu günə qədər әn iddialı işi sayılan, 25 dəqiqәlik videofilm hazırlayıb. Film 12-ci əsr şairi Nizami Gəncəvinin "Yeddi gözəl" romantik-epik poeması əsasında çəkilib və "Qara günbəz vә ya Qaranlıq şahı" (Black dome or King of Benighte) hekayəsindən bəhs edir. Bu poema Nizami Gəncəvi tәrəfindən 1197-ci ildə yazılıb, olduqca dərin və gözəl mənaya malik romantik əsərdir; əsas mövzu insanın özünü dərk etməyi və bununla da kamilliyə çatmağıdır. Mövzu olaraq çox geniş açıqlanıb və mürəkkəb simvollarla təsvir edilib. Bu hekayəni canlandırmaq üçün müasir aktyorlardan istifadə edilib. Bu aktyorlar fars miniatürü fonunda öz rollarını ifa edirlәr.

İştirak etdiyi sәrgilərə daxildir: şəxsi sərgisi, Leyla Hellerin Qalereyası, Nyu-York (2013-cü ildə olacaq); İncəsənət Yarmarkası VİP, Nyu-York (2012); "The Elephant in the Dark", "Devi" Rəssamlıq Fondu, Nyu-Deli, Hindistan (2012); "Live Art/Expanded", Müasir İncəsәnәt İnstitutu, London, Böyük Britaniya; Xüsusi layihə, Mark Nuarenin Müasir incəsənəti, Bazel rəssamlıq sərgisi, İsveçrə (2007); Project Rooms, ARCO, Madrid, İspaniya (2006)

Şoja Azari Nyu-Yorkda yaşayıb yaradır.

Rəşad Babayev (1979-cu il) - rəssam və instalyasiyalar edən. İşlərində müxtəlif inanc və rəmzlərdən istifadә edir, hәmçinin rənglәri öyrənməәk üçün abstrakt әsәrlәr dә işləyir. 55-ci Venesiya Biennalesi üçün tәbii әncir ağacı gətizdirməyi planlaşdırır, bununla o, insanların "Arzu Ağacı" inancını göstərmək fikrindәdir. Hər il Abşeronda bu ağacın budaqlarından yüzlərlә lentlər asılır, bu isә müxtəlif insanların arzularından danışan bir rəmzə çevrilir. Amma Babayevin instalyasiyası ağacın budaqlarına müxtәlif dizayner firmalarına məxsus şərflәr asaraq bu ayini tənqid edir. Bununla da ölkədə artan materializmә işarə vurur.

İştrak etdiyi sərgilərә daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsənət tәşkilatı, Bakı, Azәrbaycan; "Merging Bridges" layihəsi, MOMA, Bakı, Azərbaycan (2012).

Rəşad Babayev Bakıda yaşayıb yaradır.

Mahmud Baxşi (1977-ci il) devirә bilәn tərzdə çalışır, әtrafda gördüyü riyakarlığı tәsvir edir. "Verdicts of Looking" (2008) - içərisində videogörüntülər olan boş, plastik gözlərә sahib, hicab geyinmiş manekenlərdir, bu əsərində rəssam cəmiyyətdә geniş tәtbiq olunan ikiüzlü təvazökarlığa qarşı çıxır. "İran hava çirklәnməәsi" (2004-2006) sәrgisi üçün o, atmosfer tullantılarından ləkәlənmiş İran dövlət bayrağını haşiyəyә alıb. Venesiya Biennalesi üçün regionun neft ehtiyatlarına dair bir parodiya hazırlayıb və bu neft fəvvarəsidir, hansı ki, ağ qalaydan hazırlanmış piramidanın pillələri ilә aşağı süzülür.

Mahmudun işi Teyt-Modern Qalereyasının daimi kolleksiyasına daxildir. İştirak etdiyi sərgilərə daxildir: Art-Qvanju, Cənubi Koreya (2012); Tadeuş Ropakın Qalereyası, Paris (2011); "Delfina" Fondu (2010); Barbikan, London (2008). Müasir incəsənәt mükafatı olan "Magic of Persia"nı alması, ona 2010-cu ilin sentyabrında Londonda, Saatçi qalereyasında öz şәxsi sәrgisini keçirmək hüququnu verib.

Mahmud Baxşi Tehranda yaşayıb yaradır.

Əli Banisadr (1976-cı il). İşıqdan vә rәssamlıq bacarığından çox məharətlə istifadə edən rәssam öz uşaqlıq şəkillәrini canlandırır, incəsənət tarixi barədә olan anlayışını kətan üzərinә köçürür, insan təbiətinin mahiyyətini hərəkətdә, energetikasında və abstrakt üsullarla göstәrir. Banisadr üçün rəssamlıq dünya haqqında olan fikirlərini ötürmәk üçün olan vizual vasitәdir, bir alәmdir ki, hansında öz ideyalarını, emosiyalarını və duyğularını paylaşa bilir. Banisadrın işlәri dünyanın bir çox nüfuzlu kolleksiyalarına daxil olub, o cümlədәn Nyu-Yorkdakı "Metropoliten" tәsviri incəsənət muzeyi, Los-Ancelesdәki Müasir İncəsənət Muzeyində, Londondakı Britaniya muzeyi və Saatçi qalereyası, həmçinin Zalsburqdakı modern muzeyinin kolleksiyalarını misal çәkmək olar.

İştirak etdiyi sərgilәrə daxildir: Tadeuşa Ropakın qalereyası, Zalsburq (2012); Yaşıl İncәsәnәt Qalereyası, Dubay (2012); Təsviri incәsənət sәrgisi "Leslie Tonkonow", Nyu-York (2011); "Gemeente" muzeyi, Haaqa (2011); Saatçi Qalereyası, London (2009).

Əli Banisadr Tehranda (İran) anadan olub, hazırda Nyu-Yorkda yaşayıb yaradır.

Əli Həsənov (1976) - rəssam, musiqiçi və kinematoqraf. O, işlәrində incəsənətin hər 3 növünü istifadə edir, onun "Arsenium"(2012) layihәsi daha maraqlı olub, bu işi məşhur bәstәkar-avanqardçı Arseniy Avraamovun 1992-ci ildə Azərbaycanda ifa etdiyi "Sirenalar Simfoniyası" əsərindәn ilhamlanaraq yaradıb. Bu hadisәni qeyd edәn və musiqi müşayiәti altında olan animasiya və ümumən bu layihə gəmiqayırma zavodunun ərazisində, bütöv bir xorun və nəfəs alətləri orkestirinin müşayiəti ilә baş tutub.

Əli Həsənov Azərbaycan Dövlət Mədəniyyәt və İncəsənət Universitetini bitirib və Bakıdakı Beynəlxalq Kinematoqrafiya məktəbinin kinematoqrafiya sahəsi üzrə diplomunu alıb. O, Azərbaycanı 52-ci Venesiya Biennalesində tәmsil edib.

İştirak etdiyi sərgilәrә daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); Müasir incəsənət muzeyi, Perm, Rusiya (2011); "Deop" muzeyi, İstanbul (2009); Mars Qalereyası, Moskva (2009); Dövlət Müasir İncəsәnәt Mərkəzi, Moskva (2006).

Əli "PG" adlanan musiqi kollektivinin rəhbəri və yaradıcısıdır. Əli Həsənov Bakıda yaşayıb yaradır.

Orxan Hüseynov (1976-cı il) müxtəlif media vasitələrindən, hәmçinin videofilmlər, kompüter yazıları və plastmas heykəllәrdәn istifadə edərәk gülmәli və özünəməxsus işlər yaradır. Pleksiqlas vә kompüterdə çəkilәn təsvirlәri istifadə edәrәk qeyri-adi, uşağın əl işinә bənzəyən təsvirlәr yaradır, ilk baxışdan bəlkə dә onlarda heç nə yoxdur. Amma bu işlər neft səltənətinə, siyasi hakimiyyətә və dini mövzulara da toxuna bilər.

Orxan Hüseynov Ə.Əzimzadə adına Dövlət İncәsənət Kollecini bitirib (1995). Sonra Azərbaycan Dövlət Mədəniyyәt və İncəsənət Universitetini bitirib (1999), daha sonra Azərbaycan Dövlәt Rəssamlıq Akademiyasında magistr dərәcәsi üçün təhsil alıb. 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil edib. O, müxtəlif media sahələrində çalışır, təsviri incәsәnətdәn instalyasiyaya qədər. Onun işlərini birləşdirәn bir cәhət budur ki, o, Azərbaycan adәt-ənənəsini və mədəniyyətini çatdırmaq istəyir.

İştrak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azәrbaycan; "Merging Bridges" layihəsi, MOMA, Bakı, Azərbaycan (2012)

O, Bakıda yaşayıb yaradır.

Sitarə İbrahimova (1984-cü il) əsasәn fotoqrafiya işlәri yaradır, müəyyən qədər qeyd performansının elementlərindәn istifadə edir. Onun nəzər sahəsinə çox şeylər daxildir - gündəlik ev işlərindәn tutmuş, müharibədən qayıtmayan insanların xatirə əşyalarına kimi. Hər layihəsi - emosional portretlərdən başlayaraq, tərk edilmiş yer və obyektlərə kimi - tamaşaçı qarşısında yeni suallar qoyur. "Kәnar" adlanan işinə daxil olan fotoşəkillər, insanın həyat təcrübəsini siyasi və iqtisadi çərçivədən kәnarda göstərir, daha çox tarixi kollektiv yaddaşa müraciət edir. Onun təsvirlәri emosiyalar, üz ifadəlәri, bir insanın duruş pozası, həmçinin görünən, bәzәn görünməyәn fraqmentləәr üzәrində cəmləşir. Onun əsərlәri gündəlik hәyatdan tәsirli anları qopardır və tamaşaçını dramatik əsərin tәsvirini uydurmağa sövq edir. Bu sərgi üçün toplanmış olan fotoşәkillәr silsilәsi Qarabağ әrazisinin tarixi kollektiv yaddaşı ilə bağlı problem və çәtinliklәri göstәrməyə çalışacaq. Layihə müxtəlif siyasi, mədəni və sosial qrupların sərhədində yerlәşən və insanlar tәrәfindən tәrk edilmiş şəhər barəsində olan səhnәlərdәn ibarətdir.

Sitarə İbrahimova Bakı Dövlәt Universitetində psixologiya üzrə bakalavr dərəcəsinə yiyələnib (2004), daha sonra Praqada Famu Universitetinin fotoqrafiya fakültәsini bitirib (2010).

İştrak etdiyi sərgilərə daxildir: "Commonist", "YARAT!" müasir incәsənət təşkilatı, Bakı, Azərbaycan (2012); "USSR Remix" sərgisi, Praqa, Çexiya Respublikası (2011); "7" Tbilisidə Fotofestival, Gürcüstan (2010)

Sitarə Bakıda yaşayıb yaradır.

Aida Mahmudova (1982) eyni zamanda həm rәssam, həm də "YARAT!" müasir incəsənət təşkilatının yaradıcısı və direktorudur. O, əsasәn, multimedia heykəllәri, şəkillәr və instalyasiyalar yaradır, bir çox işlər insan yaddaşında dәqiq bir yer, yaxud da duyğular oyadır. Mahmudovanı narahat edən əsas problemlərdәn biri Sovet İttifaqından ayrıldıqdan sonra Azərbaycanda gedən sürətli modernizasiyadır; məhz bu onun rәsmlərində "toxunulmayan yerlәr" adlanan, çöllükdə, şәhər kәnarında olan ərazilәrin təsvirinə gətirib çıxarır. "Utilizasiya" adlanan və Kukla teatrının yanında ümumi baxış üçün sərgilәnən əsərdə vaxtilə rəssamın evinin qarşısında olan bir gözəl binanın pəncərəsindәn istifadə edilib. Həmin ev söküləndə o, qәrara alıb ki, binanın bir pәncərəsini qoruyub saxlamaq lazımdır və bir neçə il sonra bu pəncәrәdən sənət əsəri yaranıb.

Aida Mahmudova Londonda yerlәşәn Müqəddəs Martin adına İncəsənət və Dizayn Mərkәzi kollecini təsviri incәsənət sahəsi üzrə bitirib. Gələcәkdə Sürix və Bakıda şəxsi sərgilərinin keçirilməәsi gözlənilir, Bakının bir çox qalereyasında, o cümlədən "Philips de Pury" sərgisində də onun işlәri tәqdim olunub. 2011-ci ildə Mahmudova tərәfindәn "YARAT!" müasir incәsənət təәkilatı yaradılıb.

İştrak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsәnәt tәşkilatı, Bakı, Azәrbaycan (2012); "Merging Bridges" layihәsi, MOMA, Bakı, Azərbaycan (2012)

O, Bakıda və Londonda yaşayıb yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti