...

Şekspir və Mövlana: iki kral, eyni tac

Mədəniyyət Materials 3 İyun 2013 11:48 (UTC +04:00)
Adətən, məndən soruşanda ki, nə işlə məşğulsan, yaxud hansı dinə etiqad edirsən, tərəddüd etmədən deyirəm: mənim dinim də, işim də eşqdir. Mən eşq ilə məşğulam. Bu işlə məşğul olanlar içində nə birinciyəm, nə də sonuncu, nə də yeganə
Şekspir və Mövlana: iki kral, eyni tac

Dalğa Xatınoğlu

Adətən, məndən soruşanda ki, nə işlə məşğulsan, yaxud nəyə inanırsan, tərəddüd etmədən deyirəm: mənim dinim də, işim də eşqdir. Mən eşq ilə məşğulam. Bu işlə məşğul olanlar içində nə birinciyəm, nə sonuncu, nə də yeganə.

Bu işlə məşğul olanlar silsiləsində həm də Şekspirlə Mövlana parlayır.

Şekspir təbiətdən sonra ən çox yaradan birisidir, 1221 xarakter yaradıb, hərəsinin dilindən dünyanın unikal və ən ciddi mövzuları haqda danışıb. İnsanın daxili dünyası xarici dünyasını sərgiləyib, onları bircə-bircə, özü də dəqiqliklə təqdim elib. Eləcədə Mövlana. Buna ağlın, məntiqin, fəlsəfənin deyil, məhz eşqin gücü çatar.

Şekspirin əsərlərində "Love" sözü ən çox təkrar olunan sözdür, hansı ki 10 min 279 dəfə təkrar olunub. Mövlana da 60 min beytdən ibarət şeirlərində yerli-yerli eşqdən danışıb.

Ümumi söhbətləri buraxıb, konkret mövzu barədə danışım. Mənim fikrimcə, Mövlana Cəlaləddin Rumi (جلال الدین محمد بلخی، مولوی) ilə Uilyam Şekspir (William Shakespeare) eyni ruhlu yaradıcılardır, baxmayaraq ki, fenomenlərə yanaşma tərzləri fərqlidir.

Mövlana daha çox metafizika, Şekspir isə hissiyyatın dərk edəcəyi olaylardan danışıb.

Hər ikisi şüurla (conscious) şüuraltının (unconscious) sınırında hərəkət edirlər, həmən xarakter ki, bütun genuslarda eynidir. Xəyal və ağıl ortasında duraraq bir an çılğın gənc, bir an dahi qocadırlar.

Şekspir ağıllı bir aşiq, Mövlana isə çılğın aşiqdir. Nəticə etibari ilə hər ikisi aşiqdirlər.

JULIET:

O Romeo, Romeo! Wherefore art thou Romeo?

Oh, Romeo, Romeio, nə üçün Romeo olmaq zorundasan?

Deny thy father and refuse thy name.

Atanı dan və adını boş ver.

Or, if thou wilt not, be but sworn my love,

And I'll no longer be a Capulet.

yoxsa, ən azı and iç sevdiyinə məni.

Mən də O an Capulet olmağıma son qoyacağam (Kapulet Juliet-in soyadıdır).

... Tis but thy name that is my enemy.

.... Sənin adındır mənim düşmənim

... Thou art thyself, though not a Montague.

Sən yenə də özün olaraq qalacaqsan, Montague olmağına son qoysan belə (Montague Romeionin soyadıdır)

What's Montague? It is nor hand, nor foot,

Nor arm, nor face, nor any other part

Belonging to a man!

Montaque nə deməkdir?

O söz nə kişinin əli, nə ayağı, nə biləyi,

nə üzü və də bədənin bir parçasıdır.

... That which we call a rose

By any other word would smell as sweet.

Qızılgül adlandırdığımızı, istənilən adla səsləsək, yenə eyni gözəl qoxunu verəcək.

O Romeo would, were he not Romeo called,

Retain that dear perfection which he owes

Without that title. Romeo, doff thy name,

And for that name, which is no part of thee

Take all myself.

Daha daha mükəmməl birisi olacaqmış, Romeo, Romeo adlanmasaydı.

Romeo, burax sənə dəxli olmayan o adı

və qazan məni büsbütün o adın yerinə.

Eşq əxlaq, mentalitet deyil ki, zamanla mahiyyəti dəyişilsin. İnsan yaranandan, eşq elə eşq imiş və nə qədər insan oğlu var, eşq elə eşq kimi qalacaq.

Ola bilməz ki, bir insan sevmədiyi işdə nailiyyət qazana bilsin, sevgisiz xoş əhval-ruhiyyədə olsun və həyatına məna qatsın. Bunu bilə-bilə yenə də insanların əksər hissəsi eşqi buraxıb, lazimsiz təəssüb, xarakter, inanc, meyarlarla həyatlarını qururlar.

Mövlana da Şekspir kimi düşünür ki, aşiq adını, kimliyini, eqoistliyi tərk etməli və insana dəxli olmayan bu şeylərdən tam azad olmalıdır.

آن یکی آمد درِ یاری بزد گفت یارش: کیستی ای معتمد؟

Sevgilisinin qapısını döydü biri, səsləndi sevgili, kimdir o?

گفت: من! گفتش برو! هنگام نیست بر چنین خوانی مقام خام نیست

Dedi: mən! Səsləndi sevgili, xamsan, çatmayıb vaxtın.

خام را جز آتش هجر و فِراق که پزد؟ که وارهاند از نفاق؟

Çiy olanı ayrılıq odundan başqa nə bişirib, ikilikdən qurtara bilər ki?

رفت آن مسکین و سالی در سفر در فراق دوست سوزید از شرر

Çarəsiz aşiq qayıdıb, uzun yolçuluqda yandı ayrılıq oduna

پخته گشت آن سوخته، پس بازگشت باز گِرد خانه|ی همباز گشت

Püxtə olmuş, yenə döndü sevgilinin qapısına

... بانگ زد یارش که: بر در کیست آن؟ گفت: بر در هم تویی ای دلستان

Sevgili səsləndi kimdir qapını döyən? Aşiq: qapıda duran da sənin özünsən

گفت اکنون چون منی، ای من در آ! نیست گنجایی دو من را در سرا

Sevgili dedi, mənsənsə, buyur gəl, ey Mən. Bir evə iki mən sığmaz.

Mövlananın bütün qəzəlləri (Divan-i Şəms) yaxud "Məsnəvi Mənəvi" əsərindəki məsnəviləri Platonun panteizm (vəhdəti-vücud) nəzəriyyəsini əks etdirir, eləcə də Şekspir. Hər ikisi möhtəşəm yunan fəlsəfəsi ilə yaxşı tanışdırlar, xüsusilə Mövlana yunan dilini də bilirmiş. Onun bir qəzəli var, qafiyələri yunan sözləridir, yaxud bir neçə şeiri yunan dilində olub, eləcə də ərəb və türk dillərində də bir az şeirləri var.

Onların Platondan aldıqları, yalnız panteizm ilə bitmir, hər ikisi bu real sandığımız dünyanı başqa bir original dünyanın kölgəsi sanırlar. Mövlana bir yerdə deyir ki, çirkab suyunda ləzzətlə baxdığın şey ayın özü deyil, şəklidir.

Sevinc dolu həyatdan zövq almaq, sakit və geniş ürəklə yaşamaq və stress keçirmədən ömrü başa vurmağın yolu hər iki şairin şeirlərində dəqiqliklə izah olunub.

Biz, adətən mövcud pis şəraitdən gileylənməyə ayırdığımız vaxtın və tükətdiyimiz enerjinin bir faizini uğur üçün cəhdə sərf etsəydik, indi başqa yerdə, başqa məqamdaydıq.

Mövlana bir yerdə deyir ki, mənim dinimdə bir günah var, o da qəmdir, bir kürf var, o da ümidsizlikdir.

Adətən, mən körpə oğlum İlqarı misal çəkib deyirəm ki, 3 şeyi uşaqlardan öyrənmək lazim:

1. Ürəyində nə varsa, dilinə gətirir. Biz böyüklərin isə ürəyi arzular qəbristanıdır.

2. Uşaq istədiyini əldə etməyincə sakitləşmir. Bizlər isə ilk uğursuz addımdan sonra geri çəkilirik.

3. Uşaq itirdiyini dərhal unudub, yeni bir şey axtarır. Bizlər isə keçmişdə itirdiklərimizin həsrəti ilə yaşayırıq.

Şekspirin Hamlet əsəri dəqiq bunu deyir. Həm Şekspir və həm də Mövlana çox uğurlu və zəngin məişət həyatı da keçiriblər.

Bu iki şair yalnız həyatla bağlı deyil, ölümlə bağlı da eyni mövqedədirlər.

Şekspir 71-ci sonetində ölümü ilə bağlı sevgilisinə deyir ki, onu unudub, öz adi həyatına davam etsin.

No longer mourn for me when I am dead

Ölümümdən sonra artıq matəm tutma

Than you shall hear the surly sullen bell

Give warning to the world that I am fled

Qaşqabaqlı sifətlə dünyadan köçdüyümü elan edən çanları eşitdikdə

From this vile world with vildest worms to dwell:

Nay, if you read this line, remember not

The hand that writ it, for I love you so

Eşidəndə ki, bu iyrənc dünyadan gedib,

Qəbirdə daha iyrənc qurdlara qovuşacağam,

Bu şeiri yazan əlləri unud, çün səni çox sevirəm

Bu qədər ölümdən vahiməsiz və komplekssiz yaşamaq, nə qədər gözəl.

Eləcə də Mövlana deyir ki,

به روز مرگ چو تابوت من روان باشد

گمان مبر که مرا درد این جهان باشد

Tabutumu daşıyan zaman, bu dünya dərdim olduğunu sanma

جنازه ام چو بینی مگو فراق فراق

مرا وصال و ملاقات آن زمان باشد

Cənazəmi görüb, ayrıldığımı sanma, mənim qovuşmam, vüsalımdır bu

فروشدن چو بدیدی برآمدن بنگر

غروب شمس و قمر را چرا زیان باشد؟

Batmağı görəndə, bir an da çıxmağa bax, Günəşin, Ayın çıxıb-batması onlara ziyan etməz

کدام دانه فرورفت در زمین که نرست

چرا به دانه انسانت این گمان باشد

Hansı dən yerə gömülüb, göyərmədi? Nə üçün mənim elə olmayacağımı düşünürsən?

Şekspir birinci sonetində dəqiq şəkildə həmin ölüm və göyərmə, nəsil artırma və gözəlliyi bu vasitə ilə qorumağa işarə edir:

From fairest creatures we desire increase,

That thereby beauty's rose might never die

Bütün gözəl məxluqlar içində biz də arzu edirik artmağa

Çünki o vasitə ilə qızılgülün gözəlliyi əbədi olur.

Belə bir yanaşma ilə hansı kədər cəsarət edib insan həyatına yaxın dura bilər? Bunlar əxlaq dərsi, yaxud öyüd-nəsihət deyil, bunlar həyatın özüdür. Məncə, həyatın qayəsi həyatın özüdür və sevqi həyatda sevinc üçün ən güclü vasitədir.

Onlar aforizm yazmağı məqsəd seçməyiblər, ancaq əsərlərindəki möhtəşəm sözləri seçsən, əsərləri ağırlığında aforizm meydana çıxar.

Bəli, yaşamağın qayəsi yaşamağın özüdür, mən həyatdan zövq ala bilməyən, həyəcana gələ bilməyənlərə baxanda, təəccüb edirəm. Bu iki şairin əsərlərini açırsan, hər sətirdə böyük həyəcan hissi var.

Mövlana deyir:

من غلام قمرم غیر قمر هیچ مگو
پیش من جز سخن شمع و شکر هیچ مگو

Mən Ayın köləsiyəm, Aydan başqa heç nə demə

Yanımda şam-şəkər söhbətindən başqa heç nə demə

دوش دیوانه شدم عشق مرا دید و بگفت
آمدم نعره مزن جامه مدر هیچ مگو

Dünən dəli oldum, eşq məni görüb dedi:

Gəldim, bağırma, köynəyini cırma, heç nə demə

گفتم ای عشق من از چیز دگر می ترسم
گفت آن چیز دگر نیست دگر هیچ مگو

Dedim: Ay eşq, mən başqa şeydən qorxuram,

Dedi: Artıq o başqa şey yoxdur, heç nə demə

Eşqin qarşısında bu qədər heyrətə gələn, bu qədər həyəcanla canlı yaşayan adam olmaq yaxşıdır, yoxsa qaşqabaqlı birisi olmaq?

Şekspir 18-ci sonetində sevgilisinə deyir:

Shall I compare thee to a summer's day?

Thou art more lovely and more temperate.

Səni yay gününə bənzədimmi? Sən daha sevimli və mülayimsən

Sonra davam edir ki, bəzən yayın istisi adamı yandırır, bəzən qızıl Günəşin üzü qara buludlarla tutulur, gündüz gecə olur, hamısından pis isə odur ki, bütün gözəlliklər bir gün tükənib bitir, ancaq sənin gözəlliyin mənim şeirimdə əbəbi yaşayacaq.

Bu qədər öz işindən əmin olan insan haradan tapmaq olar? Bu qədər gördüyü işin məqamı, dəyərindən agah olan nə qədər insan var? Və hansı iddia zamanın sınağından bu qədər doğru keçib, sübut olunub?

Sonra 106-ci sonetdə deyir ki, bütün qədim şairlərin hazırda həyatda olmayan qadınlara, sevgililərə yazdığı şeirləri, tərifləri, oxuyub görürəm ki, o gözəlliklərin hamısı səndə var. Sevgisindən bu qədər razı olan, sevincini bildirən adam hardan tapmaq olar?

Mən sonetlərdən danışdım, çünki sonet qəzəl kimi qısa olur və istənilən adam onun bir sonetini oxumağa iki dəqiqə vaxt ayıra bilər.

Şekspir nəinki gözəllikləri dəqiq görüb-tanıyan adamdır, eyni zamanda, həm də "divşünas"dır. Otellonu göstərir və deyir ki, bax, budur o şər ki, Otellonu yoldaşını boğmağa sürüklədi, budur o şər ki, Hamletin anasını, əmisini yerə yıxdı, budur o şər ki, Hamleti faciə ilə üzləşdirdi. Budur, Kral Liri səhvə sürükləyən şər, budur reallıqdan artıq riyakarlıqla deyilən təriflərə inanmağın sonu. Bu şər qüvvələrin hamısı elə bugün də durur. İnsanların xarakteri dəyişilmir, içindəki xeyir və şər olduğu kimi qalır və mövzu aktualdır.

Kim Şekspir qədər, Mövlana qədər insanın daxili dünyasını incəlikləri ilə sərgiləyib çox sadə şəkildə göstərə bilir?

Şekspir Hamletdə deyir:

What a piece of work is a man!

How noble in reason, how infinite in faculty!

Necə əcayib şeymiş insan? Necə də təntənəlidir ağılda?

Nə qədər sonsuzdur xəyal gücündə, bacarıqda?

In action how like an Angel!
in apprehension how like a god! The beauty of the
world! The paragon of animals!

And yet to me, what is this quintessence of dust?

Hərəkətdə nə qədər mələk, nə qədər dərrakəlidir Tanrıtək? Dünyanın gözəlliyi! Heyvanların padişahı! Həqiqətən nədir bu palçıq özəyi!?

Şekspir və Mövlananın məişətə diqqəti də böyük olub, Mövlana oğluna evlənirkən "Yoldaşınla hər zaman bugünkü kimi ol!" deyib. Şekspir birinci sonetində dünyaya övlad gətirməyin, nəsli artırmağın vacibliyini vurğulayaraq deyir ki, artmayan gözəllik məhv olmağa məhkumdur:

From fairest creatures we desire increase,
That thereby beauty's rose might never die,

But as the riper should by time decease,
His tender heir might bear his memory:

Artmaq istəyirik gözəlliklərlə

Roz gözəlliyinin davam sirri bu

Yetgin zaman-zaman düşüb, ölməli,

Doğulur nəsildə yenə vücudu.

But thou contracted to thine own bright eyes,
Feed'st thy light's flame with self-substantial fuel,
Making a famine where abundance lies,
Thy self thy foe, to thy sweet self too cruel:

Amma sən, öz parlaq gözünə vurğun

Özündən alırsan şam tək qidanı

Bolluq varkən, qıtlıq yaratmaq kimi,

Öz gözəlliyinin qəddar düşmanı.

Thou that art now the world's fresh ornament,
And only herald to the gaudy spring,

Within thine own bud buriest thy content,
And, tender churl, mak'st waste in niggarding:

Gəncliyin dünyanın yaraşığıdır

Parlaq yaz carçısı əzizcəsinə,

Cövhərin gömüldü tumurcuğuna

Zay etdin içində xəsiscəsinə.

Pity the world, or else this glutton be,

To eat the world's due, by the grave and thee.

Dünyaya rəhm elə, belə acgözkən

Dünyanı udacaq həm qəbir, həm sən.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti