...

İsveçrədə Aida Mahmudovanın fərdi sərgisi keçiriləcək

Mədəniyyət Materials 7 İyun 2013 10:25 (UTC +04:00)
“Barbarian Art” qalereyası və kurator Sandra Nedvedskaya böyük fəxrlə azərbaycanlı gənc rəssam Aida Mahmudovanın fərdi sərgisini təqdim edirlər. Müəllif ilk dəfədir ki, İsveçrədə “Daxili aləm” adlı ekspozisiyasını təqdim edir, hansının əsasında ölkənin çoxəsirli tarixi və rəssamın şəxsi təəsüratları vardır.
İsveçrədə Aida Mahmudovanın fərdi sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 7 iyun / Trend Life, müxbir C.Babayeva/

"Barbarian Art" qalereyası və kurator Sandra Nedvedskaya böyük fəxrlə azərbaycanlı gənc rəssam Aida Mahmudovanın fərdi sərgisini təqdim edirlər. Müəllif ilk dəfədir ki, İsveçrədə "Daxili aləm" adlı ekspozisiyasını təqdim edir, hansının əsasında ölkənin çoxəsirli tarixi və rəssamın şəxsi təəsüratları vardır.

"Daxili aləm" sərgisi insan yaddaşı və nostalji hisslərin təbiəti haqqında olan düşüncədir.

Sərgi iyun ayının 9-dan iyul ayının 15-ə kimi Sürix şəhərində, Limmatsrasse 275 ch-8005 ünvanında yerləşən "Barbarian Art Gallery"də ziyarətçilərin üzünə açıq olacaq.

Rəsmi açılış iyunun 8-i saat 18:00-da olacaq.

Öz yaradıcılığında rəssam nostalji mövzusunu araşdırır, hansı ki, təkcə bir yerə bağlılıq deyildir, bu həm də insanın emosional yaddaşıdır. Müəllif yaddaş və itirilmiş keçmişin arasında olan zərif qarşılıqlı əlaqəni açıqlayır.

Onun işlərində tarix ani həyat mozaikası kimi canlanır, dağınıq fraqmentlərə bənzəyir və bu aləmi anlamaq üçün şəxsi emosional narahatlığı yaşamalı və unikal hissiyata malik olmalısan. Rəssamın baxış tərzi böyük həyat tablosunda şəxsi həyatı ayırır, onun işləri isə yaddaş təkamülünü izləyir, tamaşaçıların anlayacağı dildə onların yaddaşını formalaşdıran təcrübə keçirmiş olur.

"Mənim incəsənətim - yaddaşımın fasiləsiz olaraq tədqiqidir, yaddaşım isə şəxsiyyətimin bir hissəsidir. Bu tədqiqatın mərkəzi və mənə daima ilham verən Azərbyacanın atılmış, toxunulmayan, texniki proqresin çox təsir etmədiyi regionlarıdır. Ətrafımızda olan fiziki dünya elə sürətlə dəyişikliyə uğrayır ki, xatirələr dumanlanır, şüurumuz isə xatirələri yeni bucaq altında sındıraraq sanki bizimlə məzələnir. Bu bizim şəxsiyyətin bütövlüyünü dağıdır. Göstərilən prosesdə regionlar və zonalar modernizasiyaya və urbanizasiyaya uğramır və nəticədə çatışmayan hissə kimi görünür. Onlar real keçmişi və bizim xəyalımızda olan keçmişi bir-birinə möhkəm yapışdıran nüvə kimi qalır.

Onlar mənim şəxsiyyətimin canlı hüceyrələridir. Onlarda reallıq və uydurma, yaddaş və indiki zaman, şüur və şüuraltı aləm birləşib. Fiziki olaraq bu və ya digər yerdə yaşayaraq, mən uşaqlıqda olduğum yerləri görmək imkanını qazanıram. Belə görüşlər indiki zamanda keçmiş zamanın ştrixlərini tapmağa köməklik edir.
Ölkəmin keçmişi haqqında olan səhifələr eyni zamanda əbədi və keçicidir, həm universal, həm də məxsusidir. Şəxsiyyətimin və incəsənətimin bir hissəsi olan xatirlərimi fiziki formaya salmaq üçün onlara müraciət edirəm.

Aida Mahmudova

Rəssamın işlərində boğuq ton üstünlük təşkil edir. Köhnə Bakıda və Abşeron yarımadasında ərazisində təsvir edilən xəyali və real yerlər sanki bir pərdədən keçir. Bütöv kompozisiya yarıunudulmuş həyat fraqmentlərindən ibarət olur.

Öz işləri ilə rəssam uzaqlaşan xatirələri tutub saxlamaq istəyir. Onun vizual düşüncəsi bizi zaman və məkan labirintinə aparır. Bu retrospeksiyalar öz başlanğıcını rəssama doğma olan Azərbaycan mədəniyyətindən götürür və rəssamın ölkədən xaricdə yaşadığı vaxtların təcrübəsi hesabına inkişaf edir.

Yüksək texnologiyalar və total urbanizasiya, kütləvi qlobalizasiya və miqrasiya dövründə rəssam bizə izah etmək istəyir ki, nostalji hiss əslində konkret yerə, yaxud xəritədə hansısa əraziyə, ya da müəyyən kontekstə aid edilə bilməz, çünki nostalji hiss geniş duyğular çeşidini əhatə edir, harada ətirlər, səslər və hisslər sadəcə keçmişin qəlpələridir.

Aida Mahmudova (1982-ci ildə anadan olub) Londonda Sent-Martin İncəsənət və Dizayn kollecinin rəssamlıq fakultəsini bitirmişdir. O müxtəlif istiqamətlərdə çalışır, bura rəssamlıq, fotoqrafiya və instalyasiya da aiddir. Həmçinin Aida qeyri-hökümət təşkilatı olan "YARAT" Müasir İncəsənət Məkanının qurucusu və rəhbəridir, Bakıda yerləşən bu təşkilatın əsas məqsədi müasir incəsənətin Azərbaycanda və xaricdə dəstəklənməsi və inkişafıdır. Rəssamın işləri avropanın böyük sərgiləri çərçivəsində Romada "MAXXİ Museumda", Moskvada Multimedia İncəsənəti Muzeyində və Filip de Pyuri Fondunun ekspozisiyaları çərçivəsində Londonda təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti