...

"Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin xüsusi təqdimatı keçiriləcək

Mədəniyyət Materials 4 İyul 2013 19:18 (UTC +04:00)
9 iyul - Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar, Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, “Səba” ticarət markası və "Artişok" şirkətinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş səfirlik əməkdaşları üçün “Azərbaycan incəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçiriləcək.
"Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin xüsusi təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 4 iyul /Trend/

9 iyul - Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar, Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, "Səba" ticarət markası və "Artişok" şirkətinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş səfirlik əməkdaşları üçün "Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin xüsusi təqdimatı keçiriləcək.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ekspozisiyada qədim Azərbaycanın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri, Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, 12-19-cu əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, döyüş paltarları, 18-ci əsrə aid kaşı üzlüklər, məişət və mərasim ayinləri ilə əlaqədar hazırlanmış dulusçuluq və metal əşyalar nümayiş etdiriləcək.

Bunlarla yanaşı, ekspozisiyada müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş etdiriləcək.

Təqdimat 5 iyul 2013-cü il tarixində saat 18:30-dan 21:00-dək Azərbaycan Milli İncəsənət Muzeyində (Niyazi küç.11) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti