...

"Mənim Prezidentim" kampaniyası çərçivəsində "Azərbaycanımın inkişafı - 10 il" fotomüsabiqəsinin sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 11 Sentyabr 2013 15:49 (UTC +04:00)
Sentyabrın 10-da "Park Bulvar" Alış-Veriş Mərkəzində (AVM) "Mənim Prezidentim" kampaniyası çərçivəsində "Azərbaycanımın inkişafı - 10 il" fotomüsabiqəsinin sərgisi keçirilib.
"Mənim Prezidentim" kampaniyası çərçivəsində "Azərbaycanımın inkişafı - 10 il" fotomüsabiqəsinin sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Sentyabrın 10-da "Park Bulvar" Alış-Veriş Mərkəzində (AVM) "Mənim Prezidentim" kampaniyası çərçivəsində "Azərbaycanımın inkişafı - 10 il" fotomüsabiqəsinin sərgisi keçirilib.

"Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupundan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) sədri Ramin Hakimov bildiriblər ki, fotomüsabiqənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı müxtəlif mövzuları əhatə edən fotoların toplanması və ictimaiyyətə təqdim edilməsidir. Həmçinin qeyd olunub ki, indiki kimi müsabiqəyə yüzlərlə iş təqdim olunub və onlardan ən yaxşı 150 foto sərgidə nümayiş etdirilir. Sərgi "Park Bulvar" AVM-də bir ay müddətində davam edəcək.

Sərginin açılışına qatılan Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı, Azərbaycanda ilk internet radionun yaradıcısı Zaur Darabzadə, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və "Hajizade Group" şirkətinin rəhbəri Əli Hacızadə çıxış edərək sərgi barədə fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun üzvləri fleşmob nümayiş etdiriblər. Eyni zamanda, Təşəbbüs Qrupu üzvləri tərəfindən ziyarətçilərə "Mənim Prezidentim" kampaniyasının hədiyyələri paylanılıb.

Qeyd edək ki, 9-17 sentyabr tarixlərində "Park Bulvar" AVM-də "Mənim Prezidentim" həftəsi keçirilir və həftə çərçivəsində "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu tərəfindən müxtəlif aksiyalar, məşhur insanlarla görüşlər keçirilir, fotosərgi və müsabiqələr təşkil edilir.

Xatırladaq ki, "Azərbaycanımın inkişafı - 10 il" layihəsinə təqdim olunan fotolar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi "facebook" səhifəsində nümayiş olunur. "10 il" kampaniyası çərçivəsində reallaşdırılan "Azərbaycanımın inkişafı - 10 il" layihəsi "İrəli" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və ASAIF-in ortaq təşəbbüsü əsasında həyata keçirilir.

Qeyd edək ki, Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti