...

"Arşın mal alan" - 100 il (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2013 03:32 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq, hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir.
"Arşın mal alan" - 100 il (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir C.Babayeva/

Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq, hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Trend-in məlumatına görə, sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub.

Festivalın açılış günündə Teatrın səhnəsində "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib. Bu, ilk tamaşanın 100 illiyinə həsr olunub. Dirijor: Cavanşir Cəfərov, solistlər: Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev, Telman Əliyev.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18-28 sentyabr tarixində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti