...

"YARAT!" Müasir İncəsənət Məkanı "Zavod" layihəsini təqdim edir

Mədəniyyət Materials 4 Oktyabr 2013 10:00 (UTC +04:00)
"Zavod" layihəsi qeyri-muzey və alternativ məkanların mənimsənilməsində Yarat Təşkilatının yeni addımı olacaqdır. Sərgi illərdir işini dayandırmış Bakı kondisioner istehsalı zavodunda keçirilir, sərgidə 29 gənc rəssam və dizayner iştirak edir.
"YARAT!" Müasir İncəsənət Məkanı "Zavod" layihəsini təqdim edir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend Life/

"Zavod" layihəsi qeyri-muzey və alternativ məkanların mənimsənilməsində Yarat Təşkilatının yeni addımı olacaqdır. Sərgi illərdir işini dayandırmış Bakı kondisioner istehsalı zavodunda keçirilir, sərgidə 29 gənc rəssam və dizayner iştirak edir.

YARAT qeyri-kommersiya təşkilatı eksperimental meydançalarda təşəbbüslərini artıq bir neçə dəfə həyata keçirib. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, mərkəzi şəhər avtovoğzalının qarşısındakı meydan və metronun Gənclik stansiyasının yaxınlığındakı yarımçıq tikilmiş binada ərsəyə gəlib.

Sovet dönəmində Bakıda istehsal olunun kondisionerler Azərbaycan və qonşu respublikaların bütün sakinlərinin mənzillərinin sərinliyini təmin edirdi. Lakin SSRİ-nin dağılması istehsalın dayanmasına səbəb oldu. Rəssamların səyi nəticəsində boş sexlər və donmuş dəzgahlar yeniden qısa müddətə də olsa canlanacaq, yeni dövrün rəngi və enerjisi ilə dolacaq.

Zavodun transformasiyasında Anar Şəmsiyev, Ruslan Ağazadə, Arif Əmirov, Arzuman Mirzəsoy, Aydan Mirzəyeva, Ayna Musayeva, Butunay, Çingiz Mehdiyev, Elturan Məmmədov, Elvin Nəbizade, Emin Əzizbəyli, Fəxri Qurbanlı, Fəride Rəcəbova, Fərhad Fərzəliyev, Fidan Abdullazadə, Günel &Zak, Həbib Səhər, Irina Berezina, Lalə Qasım, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova ve Ali Hüseyn Bağırov, Nəzrin Məmmədova və Diana Haciyeva, Samir Salahov, Səyyarə Neymətova, Vüsalə Abdullayeva və Zamir Süleymanov iştirak ediblər.

"Zavod" layihəsi YARAT Təşkilatı tərəfindən düşünülüb və Venesiyada keçirilən Beynəlxalq Biennaledə və Şarjada keçirilən İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil eden istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilir.

Layihəyə "Artım" gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində Bank Technique sponsorluq edir.

Sərginin açılışı oktyabrın 5-də 18.00-da olacaq.

Ünvan: Ələsgər Qaibov küç., 10.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti