...

"YARAT!" Müasir İncəsənət Məkanı "İçərişəhər" layihəsini təqdim edib

Mədəniyyət Materials 29 Oktyabr 2013 14:07 (UTC +04:00)
Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoşəkil üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi oktyabrın 28-i "Natavan" qalereyasında öz işinə başlayıb.
"YARAT!" Müasir İncəsənət Məkanı "İçərişəhər" layihəsini təqdim edib

Azərbaycan, Bakı 29 oktyabr /Trend Life, müxbir C.Babayeva/

Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoşəkil üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi oktyabrın 28-i "Natəvan" qalereyasında öz işinə başlayıb. Bu barədə Trend Life xəbər verir.

Layihə "YARAT!" təşkilatının təhsil proqramı çərçivəsində işlənib hazırlanaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Bank Technique"in dəstəyi ilə həyata keçirilib.

Sərgidə görkəmli ictimai, incəsənət və mədəniyyət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Sərgi peşəkar tərcümeyi-halları dünyanın aparıcı informasiya agentlikləri və nəşrləri, eləcə də "Washington Post", "Le Monde", "Financial Times", "Guradian", "Wall Street" və "Stern" kimi nəşrlərlə əməkdaşlığı özündə birləşdirən Oksana Yuşko və Artur Bondar adlı Rusiya fotoqraflarının Bakıda keçirdikləri bir həftəlik ustad dərslərinin nəticəsi olub.

İçərişəhər... Qədim qalanın divarları içərisinə və bizim ürəyimizin içərisinə salınmış İçərişəhər... O, içimizdə xatirələr oyadan rənglər və səslərlə doludur... Onun dar küçələri və tikililəri həyatın ən əsas anları haqqında xatirələri özündə saxlayır... Hər birimizin bu cür xüsusi şəhərimiz var, elə alışdığımız şəhər mənzərəsinə çox fərdi olan baxışımız kimi.

Ustad dərslərinin 18 iştirakçısından hər biri adətən yad gözlərdən gizli olan və təxəyyülümüzün ehtiyatla qoruduğu Bakını üzə çıxarıb təsvir etməyə çalışdı.

Sərgi 2011-ci ildə Azərbaycan rəssamlarının maraqlarını ölkə və dünya səviyyəsində uğurla təmsil edən "YARAT!" qeyri-kommersiya təşkilatının bu il fəaliyyətə başlayan və müasir və klassik incəsənətin müxtəlif üslublarının birləşdiyi məkan rolunu oynayan "Natəvan" qalereyası ilə ilk əməkdaşlıq təcrübəsi olacaq. Azərbaycanlı rəssamların geniş seçimdə sənət işləri nümayiş etdirilən sərgilərdən əlavə, qalereyada təqdimatlar və ustad dərslərinin keçirilməsi də planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti