...

Azərbaycanlı rəssam Nadir Əliyev dünyasını dəyişib (FOTO)

Mədəniyyət Materials 15 Yanvar 2014 18:10 (UTC +04:00)
Uzun illər İçveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.
Azərbaycanlı rəssam Nadir Əliyev dünyasını dəyişib (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Uzun illər İçveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Mərhumun qohumu Sergey Bespalının Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, N.Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqların birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz "ikinci həyatı"na musiqiçi deyil, bir rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq, o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər N.Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir.

Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Vallettada təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksionerlərin diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti