...

Azərbaycanda ilk dəfə fransız xoreoqraflar Enni Vige və Frank Apertenin yaradıcılığı təqdim ediləcək

Mədəniyyət Materials 11 Mart 2014 12:22 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq fransız xoreoqraflar Enni Vigi (Annie Vigier) və Frank Apertenin (Franck Apertet) (birlikdə “les gens d’Uterpan” kollektivi) yaradıcılığı təqdim ediləcək.
Azərbaycanda ilk dəfə fransız xoreoqraflar Enni Vige və Frank Apertenin yaradıcılığı təqdim ediləcək

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycanda ilk dəfə olaraq fransız xoreoqraflar Enni Vigi (Annie Vigier) və Frank Apertenin (Franck Apertet) (birlikdə "les gens d'Uterpan" kollektivi) yaradıcılığı təqdim ediləcək.

Trend-in məlumatına görə, Bakı proqramı çərçivəsində sənətkarlar Yay qalereyası və Muzey Mərkəzində öz performanslarını nümayiş etdirərək tamaşaçılarla görüş keçirəcəklər.

Nümayişlər "Institut Français d'Azerbaïdjan"ın dəstəyi və bilavasitə iştirakı ilə YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunmuşdur. Tədbirlə bağlı Avropa Mədəniyyət Fondunun dəstəyi də xüsüsi olaraq qeyd olunmalıdır.

Parisdə yaşayıb fəaliyyət göstərən fransız xoreoqraflar Enni Vigi və Frank Aperte (birlikdə "Les gens d'Uterpan" art-kollektivi) "CAC Bretigny" təşkilatı ilə əməkdaşlıqda "X-Event" adlı silsilə performansları yaradıb populyarlaşdıra bilmişlər. Onların yaradıcılığı söhbət canlı tamaşadan getdiyi halda rəqs və plastika sənəti arasında sərhəddin haradan keçdiyi üzərində düşünməyə vadar edir. Vige və Aperte ənənəvi xoreoqrafiyanın çərçivələrini aşaraq ifaçı, quruluşçu və tamaşaçı arasındakı rolların yeni tərzdə interpretasiyasını təqdim edir. Bu silsilənin hər bir performansı Viktor Torresin bariton səsinin müşayiəti altında baş tutur. Nikolas Martsın rejissor həlləri səsin rolu və funksional mənasını müəyyən edir.

Daha əvvəl kollektivin layihələri Project Art Center (Dublin, İrlandiya); Tate Modern Qalereyası və Müasir İncəsənət İnstitutu (London, Birləşmiş Krallıq); Kunsthalle (Bazel, İsveçrə); Kali Performans Festivalı (Kolumbiya); Vermello Qalereyası (San Paulo, Braziliya); Müasir İncəsənət Muzeyi (Varşava, Polşa); Kunsthaus (Qras); Museum Joanneum (Avstriya); Berlin Müasir İncəsənət Biyennalesi (Almaniya), həmçinin, Seul, Nyu-York, Şanxay, Zaqreb, Vilnus, Lion, Paris və Tokioda nümayiş etdirilib.
www.lesgensduterpan.com

23 mart 2014 18:00 / giriş sərbəstdir
YAY! qalereyası> Video-art və X-Event 2.6 "Le gout" perfomansı

Rəqqaslar sərbəst şəkildə müəyyən edilmiş müstəvi boyu addımlayır. Onlar bir-birilərinə və yaxud seyrçilərə tamamilə neytral, heç bir məna kəsb etməyən nəzərlər yetirir. Bütün performans boyu ifaçılar heç bir söz söyləməyərək, bir kimsə ilə göz-gözə gəlməyə cəhd etmədən yerdə əyləşir və yaxud uzanırlar. Bu ifa bir neçə saatdan bir neçə sutkaya qədər davam edə bilər.

Nümayiş təcrübəsini fərqləndirərək hər bir X-Event ifasının zaman çərçivəsi məzmun və rəqqasların canlı qüvvə kimi enerji potensialından asılı olaraq müəyyən edilir.

Martın 23-dən etibarən Yay qalereyasında daha öncə Annie Vigier və Franck Apertet tərəfindən yaradılmış performansların videogörüntüləri nümayiş etdiriləcək performansların videogörüntüləri nümayiş etdiriləcək.

24 mart 19:00 / giriş sərbəstdir

Muzey Mərkəzi> X-Event 2.3 "Les chutes" ("Yıxılma") (2007) protokoluna əsasən

Bir qrup rəqqas bir-birilərini itələyərək iki çarpaz trayektoriyanın müəyyən etdiyi mərkəzi perimetrdən kənara tullayır. Yıxıldıqdan sonra hər bir rəqqas ayağa qalxaraq başqa rəqqası itələmək və yenidən yıxılmaq üçün perimetrə daxil olur. Bu hərəkət qrupun gücünün tükənməsinə qədər davam etdirilə bilər.

X-Event performanslarında istifadə edilən vahid prinsip əvvəlki vəziyyətə qayıdış taktikasıdır. Bu taktika məzmun və ifaçılar baxımından saxlanma və müstəsna məhdudlaşmaları qabartma vasitəsilə əvvəlki vəziyyətə qaçılmaz şəkildə dönüş şəraiti yaradır: fərdlərin azad olması və məkanın aydın şəkildə qavranılması.

25 mart, saat 15:00 / giriş sərbəstdir

Beynəlxalq Muğam Mərkəzi> Sənətkarla görüş
"Les gens d'Uterpan" yaradıcı kollektivinin Annie Vigier ilə birgə quruluşçu-xoreoqrafı olan Franck Apertet istifadə edilən 17 yaradıcı strategiyalardan nümunə gətirərək reaksiya prosesi, onun əsası və məqsədləri barədə söhbət açacaq. Sizin şəxsən xoreoqrafa sual vermək və bu sənət sahəsi barədə müzakirə aparmağa imkanınız olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti