Heydər Əliyev Mərkəzində alman bəstəkarı Rixard Vaqnerin "Mənim həyatım" kitabının təqdimatı keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində alman bəstəkarı Rixard Vaqnerin "Mənim həyatım" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir V.İmanov/

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dahi alman bəstəkarı Rixard Vaqnerin (1813-1883) "Mənim həyatım" kitabı Azərbaycan dilində nəşr olunub.

Trend-in məlumatına görə, bu gün Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə nümayiş olunmuş videotəqdimatda Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması, eyni zamanda, dünya mədəniyyətinin Azərbaycanda təbliği istiqamətində fəaliyyətinə qısa nəzər salınıb, R.Vaqnerin "Mənim həyatım" kitabının Azərbaycan dilində nəşr olunması layihəsi barədə məlumat verilib.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel tədbirdə çıxışı zamanı Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə bu tədbirin təşkilinə görə təşəkkürünü bildirib: "Rixard Vaqnerin gözəl və mürəkkəb əsərinin Azərbaycan dilinə tərcümə olunması əla ideyadır. Rixard Vaqnerin sağlığında bu əsərin cəmi 25 nüsxəsi mövcud idi. Ondan bizə çox gözəl miras - musiqiləri, yaradıcılığı, gözəl əsərləri qalıb".

O, qeyd edib ki, R.Vaqnerin Azərbaycan dilinə tərcümə olunan "Mənim həyatım" kitabı yalnız avtobioqrafik deyil, həmçinin XIX əsrin kaleydoskopudur: "XX əsrin əvvəllərində Vaqnerə məhəbbət çox böyük idi. Bilirəm ki, o dövrdə Azərbaycanda da ona məhəbbət çox yüksək idi. 1920-ci ildə Bakıda onun operaları təqdim olunmuşdu. Vaqner alman idi, ancaq o, dünya mədəniyyətinin dahisidir. Çox şadam ki, bu kitabla bir çox azərbaycanlı tanış olacaq".

Azərbaycan Respublikasının Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, bəstəkar Musa Mirzəyev bildirib ki, R.Vaqner öz sözünü demiş sənətkarlardandır: "Azərbaycanda Vaqner musiqisinə həmişə böyük diqqət olub, əsərləri geniş ifa olunub. Hələ İkinci Dünya müharibəsi başlamamışdan əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Vaqnerin "Loenqrin" operası qoyulmuşdu. Rixard Vaqnerin "Mənim həyatım" əsərinin Azərbaycan dilində çap olunması böyük hadisədir. Bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm".

R.Vaqnerin Azərbaycan dilində "Mənim həyatım" kitabının redaktoru, Azad Azərbaycan Teleradio Kompaniyasının prezidenti Vüqar Qaradağlı təkcə dahi alman bəstəkarı və mütəfəkkiri R.Vaqnerin "Mənim həyatım" kitabımın nəşrinə görə deyil, həm də bütövlükdə gördüyü irimiqyaslı layihələrə, həyata vəsiqə verdiyinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib: "Bildiyiniz kimi, ötən il YUNESKO tərəfindən "Vaqner ili" elan olunmuşdu. Hər zaman dünya mədəni irsinə hörmət və qayğı ilə yanaşan Heydər Əliyev Fondu da bu mədəniyyət hadisəsinə münasibət bildirərək böyük alman bəstəkarı Rixard Vaqnerin xatirələrini Azərbaycan dilinə tərcümə edib onu nəfis şəkildə nəşr etdirməklə öz töhfəsini verdi. Rixard Vaqnerin "Mənim həyatım" kitabı yalnız bir dühanın ömür kitabını və yaradıcılq fəaliyyətini nəql edən memuar deyil, həm də öz dövrünün bədii, eyni zamanda sənədli təsviridir. Bu əsərin özəlliklərindən biri də odur ki, dahi Rixard Vaqner ömrünün bütün mərhələlərinin ən yaddaqalan məqamlarını özündə cəmləyə bilmişdir. İnanırıq ki, bu kitab Azərbaycan dilində ilk müfəssəl mənbə kimi Vaqner musiqi xəzinəsindən bəhrələnmək üçün geniş imkanlar yaradacaq, müasir musiqi və bütövlükdə sənət həyatımızın dəyərli hadisəsi kimi də yadda qalacaqdır".

Təqdimat mərasimində Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri R.Vaqnerin əsərlərindən parçalar da ifa edib.

"Mənim həyatım" kitabı R.Vaqnerin 200 illiyi münasibətilə çap olunub. Nəfis nəşr müəllifin üç hissədən ibarət memuarlarını əhatə edir. Oxucular kitabda böyük bəstəkar, opera sənəti islahatçısı, yazıçı və mütəfəkkir R.Vaqnerin keşməkeşli ömür yolu ilə tanış ola biləcəklər. "Mənim həyatım"da müəllifin uşaqlığı, sənətə, musiqiyə olan sevgisinin formalaşması prosesi, gənclik macəraları, List, Berlioz, Mendelson, Spontini kimi bir çox böyük bəstəkar və musiqiçilərlə dostluğu, münasibətləri, sonradan ona ölməzlik qazandıran yaradıcı, bəzən ziddiyyətli fikirləri, "Loenqrin", "Uçan hollandiyalı" kimi klassik musiqi şedevrlərinin tarixçələri əksini tapıb.

Kitab R.Vaqnerin Azərbaycan dilində nəşr olunmuş ilk əsəri kimi də qiymətlidir. Vaqner yaradıcılığının pərəstişkarları və bütövlükdə ciddi musiqi ilə məşğul olan peşəkarlar üçün dəyərli mənbə olan bu nəşr, eyni zamanda, rəvan dili və təhkiyəsi ilə bütün oxucular üçün maraqlıdır.

Kitab Azərbaycan-Avropa, Azərbaycan-Almaniya mədəni əlaqələrinin inkişafına qivmətli töhfə kimi dəyərləndirilə bilər.

R.Vaqnerin nəvəsi Eva Vaqner bu layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. R.Vaqner haqqında iki kitabın müəllifi, yazıçı Ursula Oehme, Rixard Vaqner Muzeyinin direktoru Mariya Berq, Beynəlxalq Rixard Vaqner Fondunun vitse-prezidenti Tomas Krakov dahi bəstəkarın memuarlarının Azərbaycan dilində nəşrini önəmli hadisə, R.Vaqnerin 200 illiyinə dəyərli hədiyyə kimi qiymətləndiriblər.

Qeyd edək ki, YUNESKO tərəfındən 2013-cü il "Rixard Vaqner ili" elan olunmuşdu.

Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)
Loading Bars
Xəbər lenti
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb
Beyləqanda keçmiş məhkum avtomobil oğurlayıb
Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib
Naqif Həmzəyev: Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi
Zərdabda kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı (FOTO)
"Keşlə" Tərlan Əhmədovla yollarını ayırdı
Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM
Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq
Xırdalanda yanğın baş verib
Vitse-prezident: Türkiyə ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır
“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu
Somalinin paytaxtında güclü partlayış törədilib
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb
İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq (FOTO)
Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub (FOTO)
Yaqut Qarayeva: Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub
Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzindədir
Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib
Ezamiyyət vərəqəsinin tələb olunması nəzarət etmək üçün düzgün addımdır - Şahmar Mövsümov
Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ
TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir
Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov
Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi
TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir
Prezidentin köməkçisi: Rayonlara gediş-gəliş açılanda digər istiqamətlərə də uçuşlar bərpa olunacaq
Hazırki epidemioloji vəziyyət toyların keçrilməsinə imkan vermir - Şahmar Mövsümov
Təhsil naziri: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır
Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir - PA rəsmisi
Bütün xəbərlər