...

YUNESKO-nun mənzil-qərargahında Azərbaycan mətbəxi həftəsi öz işinə başlayıb

Mədəniyyət Materials 4 İyun 2014 15:58 (UTC +04:00)
Cari ilin 2-6 iyun tarixlərində YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin təçkilatçılığı ilə "Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar" adlı Azərbaycan mətbəxi həftəsi öz işinə başlayıb.
YUNESKO-nun mənzil-qərargahında Azərbaycan mətbəxi həftəsi öz işinə başlayıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Cari ilin 2-6 iyun tarixlərində YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin təçkilatçılığı ilə "Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar" adlı Azərbaycan mətbəxi həftəsi öz işinə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-YUNESKO əməkdaşlığına müsbət töhfə verən bir sıra mühüm və əlamətdar tədbirlərin davamı olan və bir həftə boyu davam edən Azərbaycan mətbəxi həftəsinin ölkəmizin mənsub olduğu qədim mətbəx mədəniyyətinin YUNESKO kimi mötəbər bir qurumda təbliği mədəni və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 5-ci sessiyasının iclasları ilə eyni vaxta təsadüf edən tədbirin ilk günü böyük ugurla başa çatıb. YUNESKO-nun əməkdaşları və YUNESKO-da təmsil olunan müxtəlif millətlərin nümayəndələri tərəfindən azərbaycanlı aşbazların hazırladığı milli mətbəximizin ləziz təamlarına böyük maraq göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti