...

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb

Mədəniyyət Materials 19 İyun 2014 17:38 (UTC +04:00)
İyunun 25-29-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 25-29-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festivala ümumilikdə 55 ölkədən 405 film göndərilib. Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. 68 film müsabiqə proqramına daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar. Müsabiqə proqramında 7 Azərbaycan filmi də iştirak edir.

İyunun 25-də saat 17:00-da keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün saat 19:00-da Nizami Kino Mərkəzində festivalın rəsmi açılışı keçiriləcək. Açılışda "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunacaq.

26-27-28 iyun tarixlərində hər gün saat 14:00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.

Festivalın bağlanış mərasimi iyunun 28-də olacaq.

Festivala xaricdən 50 qonaq dəvət edilib. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.

Festival çərçivəsində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı keçiriləcək. Layihə çərçivəsində Polşa kinematoqrafçılarının master-klassları, nəzəri və əyani dərsləri keçiriləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film istehsal edəcəklər.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) tamhüquqlu üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti