...

Azərbaycan rəqsləri və folklor nümunələri Macarıstanın Kaloça şəhərində nümayiş etdirilib (FOTO)

Mədəniyyət Materials 8 İyul 2014 12:42 (UTC +04:00)
İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalına fəxri qonaq statusunda dəvət alan Azərbaycanı təmsil edən Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını həyata keçirib.
Azərbaycan rəqsləri və folklor nümunələri Macarıstanın Kaloça şəhərində nümayiş etdirilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Səbinə Əhmədova/

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalına fəxri qonaq statusunda dəvət alan Azərbaycanı təmsil edən Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını həyata keçirib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festival 10-dan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilib.

Festival zamanı ayrıca "Azərbaycan musiqisi gecəsi" təşkil edilib.

Minlərlə musiqisevərin iştirakı ilə keçirilən festivalda Azərbaycan təmsilçiləri öz fəallığı ilə seçilib, onların iştirakını eyni anda 3 minə yaxın insan izləyib. Kaloca şəhərinin meri Ferents Terek ölkəmizin "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblına şəxsən öz təşəkkürünü bildirib, nümayiş etdirilən Azərbaycan rəqslərinin izləyiciləri valeh etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti