...

Yay Qalereyasında alman rəssam Marqret Ayherin "Təsvirlər quruluşu" fərdi sərgisi açılacaq (FOTO)

Mədəniyyət Materials 22 Yanvar 2015 10:00 (UTC +04:00)
Yay Qalereyası böyük məmnuniyyətlə 2015-ci ilin ilk sərgisi olacaq Marqret Ayherin fərdi sərgisini təqdim edir.
Yay Qalereyasında alman rəssam Marqret Ayherin "Təsvirlər quruluşu" fərdi sərgisi açılacaq (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yay Qalereyası böyük məmnuniyyətlə 2015-ci ilin ilk sərgisi olacaq Marqret Ayherin fərdi sərgisini təqdim edir.

Trend xəbər verir ki, "Təsvirlər quruluşu" adlı sərgi yanvarın 29-dan martın 19-dək davam edəcək.

Marqret Ayher qobelen sənəti üzrə ixtisaslaşan almaniyalı konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan obrazları barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri, əsasən, çap və elektron formatda mövcud olan foto-jurnalizm və reklam obrazlarını əks etdirirlər. Müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual hala gətirilmiş piratlığı kimi həmin əsərlərdə təsvir edilirlər. Marqret Ayherin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edirlər. Bu cəhət onun qobelenlərini bu gün olduqca yerinə düşən edir.

Onun sənətkar mövqeyi heç də yaradan şəxsin mövqeyi deyil, əsərin hədəfi olan şəxsin mövqeyidir. Hər-hansı mədəni və ya siyasi müddəanı təsvir etdikdə o, mövcud olan obrazlardan istədiyini seçib istifadə edir. Necə ki kollaj və montaj təsvirlərinin inkişaf dövrü XX əsrin əvvəllərinə təsadüf etmişdir, "iqtibas" da bir mədəni və bədii üsul kimi bizə elə o vaxtdan məlumdur. Marqret Ayherin əsərlərində isə bu cür dırnaqarası "piratlıq", rəssamın tənqidi və siyasi mövqeyini təşkil edir.

Rəssam bu sənətin əsaslarına sadiq olduğunu öz qobelenlərində sübut edir. O, mərkəzi kompozisiyanın çərçivəsini, ənənəvi olaraq, tarixi simvollardan və məlum semantik rəmzlərdən quraraq, müəyyən müasirlik əlamətlərini də qanuna salınmış qobelen üsulları ilə əsərinə daxil edir (trafaret vasitəsilə).

Marqret Ayherin media-qobelenləri ucuz başa gələn, lakin, bununla yanaşı, yüksək texnologiyalara söykənən sənaye məhsuludurlar. Saray qobelenləri sənətinin vətəni sayılan Flandriyanın tekstil müəssisələri böyük fəallıq nümayiş etdirərək, köhnə motivlərin yeni-yeni surətlərini istehsal edib dünya bazarında suvenir kimi satırlar. Rəssam qəsdən ənənəvi və bahalı qobelenləri öz əsərləri ilə əvəz etmək yolunu seçmişdir, axı ənənələrə qarşı yönəlmiş bu saxtakarlıq bizim zəmanə üçün səciyyəvi olan elə əyləncələri təmsil edir ki, onlar intellektual mülkiyyətin kollektiv istifadəsinə əsaslanıblar.

Açılış 29 yanvar saat 19:00-da baş tutacaq. Giriş sərbəstdir.

Daha ətraflı məlumat üçün:
Ələkbərli Fərəh
Layihələr üzrə menecer
[email protected] (055) 490 09 26

Məqalədə:
Xəbər lenti

Xəbər lenti