...

"Karib dənizinin quldurları-5" çəkilir

Mədəniyyət Materials 18 Fevral 2015 18:13 (UTC +04:00)
Avstraliyada "Karib dənizinin quldurları" filminin növbəti - beşinci hissəsi çəkilir.
"Karib dənizinin quldurları-5" çəkilir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Məftun Salmanov/

Avstraliyada "Karib dənizinin quldurları" filminin növbəti - beşinci hissəsi çəkilir. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, filmin yeni hissəsi "Ölülər nağıl danışmırlar" adlanır.

Filmdə baş rolu yenə də Conni Dep canlandıracaq. Onun personajı Poseydonun üçbaşlı əsasının axtarışına çıxacaq. Əsaya sahib olacaq şəxs dənizlərin hökmdarı olacaq. C.Depin filmdə rəqibi kapitan Salazar rolunu oynayacaq Xavyer Bardema olacaq.

Filmdə, həmçinin Orlando Blum da yer alacaq. Filmin rejissoru Yoahim Ronninq və Espen Sandberqdir. Beşinci hissəsinin premyerası 2017-ci il iyulun 7-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti