...

Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəvinin büstü qoyulacaq

Mədəniyyət Materials 13 Mart 2015 16:18 (UTC +04:00)
Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq.
Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəvinin büstü qoyulacaq

Azərbaycan, Bakı, 13 mart /Trend/

Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il aprelin 20-də büstün təntənəli açılış mərasimi təşkil ediləcək. Açılış mərasimində Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Bundan başqa, həmin tarixdə Misir Ərəb Respublikası Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.

Qeyd edək ki, hər iki layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən gerçəkləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti