Azərbaycan, Bakı, 19 mart /Trend/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən 20-22 mart tarixlərində Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.
Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünya şöhrətli müəllimləri dəvət olunub. Tədbirdə adıçəkilən ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcəklər.
Xatırladaq ki, "Bakı Novruz Salsa Festivalı" ilk dəfə 2014-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.