...

Məşhur “Toy” filminin davamı çəkilib (FOTO)

Mədəniyyət Materials 7 Aprel 2015 11:19 (UTC +04:00)
Aprel ayının 16-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında "Toy 2" filmi nümayiş olunacaq.
Məşhur “Toy” filminin davamı çəkilib (FOTO)

Azərbaycan, Bakı, 7 Aprel /Trend, müxbir Tural Turan/

Aprelin 16-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında "Toy 2" filmi nümayiş olunacaq.

Trend-in məlumatına görə, film 2005-ci ildə ekranlaşdırılmış "Toy" filminin ikinci hissəsidir. 10 ildən sonra film tamaşaçılara yeni obrazlar və fərqli ssenari ilə təqdim olunacaq.

Filmdə hadisələr Azərbaycanın ucqar kəndində bir dam altında yaşayan Qeyrət və onun kütqulaq qaynatası Səftərin başına gələn sərgüzəştlərdən bəhs edir. Taleyin acı hökmü ilə uzun illər birlikdə yaşayan bu cütlüyün sakit həyatına, xaricdən təşrif buyurmuş qonağın başıbəlalı mühazirəsi son goyur. Qonağın gəlişindən sonra Qeyrət və Səftər düşünürlər ki, nəyin bahasına olursa-olsun təmiz adlarını goruyub onlara garşı yaranan əsassız şübhələri dağıtmag üçün əllərindən gələni etməlidirlər. Amma necə?!

Necəsini aprelin 16-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında "Toy 2'' filmini seyr edərkən biləcəksiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti