...

YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin açılışı olub (FOTO)

Mədəniyyət Materials 17 İyun 2015 17:22 (UTC +04:00)
YAY Qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərginin açılış mərasimi olub.
YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin açılış mərasimi olub.

Bir müddət əvvəl tədbir haqqında xəbər verdiyimiz kimi, YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərginin bu günlərdə açılış mərasimi keçirilib. Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdiriləcək. Dubayda yerləşən "Cuadro" Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim edəcəklər. Əsərlərin başlıca mövzusu - şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə "Bakının xəritəsini çəkərək" (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlamışdı.

Sərginin açılışı ictimaiyyət arasında çox böyük marağa və diqqətə səbəb olmuşdu və açılış günü YAY qalereyasına mədəniyyət və incəsənət aləminin tanınmış simaları təşrif buyurmuşdular.

"Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərgi avqustun 31-nə qədər davam edəcək, giriş sərbəstdir.

YAY Qalereyası haqqında

YAY Qalereyası Bakının tarixi mərkəzi olan, YUNESKO tərəfindən dünya mədəniyyəti irsinə aid edilmiş İçəri Şəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir: YAY (sözün "yaymaq", "paylaşmaq" mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir. Bundan əlavə, Qalereya böyük fəallıqla özünün görüşlər və publikasiyalar proqramını da həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları və sərgilərə qatılırlar. Buna misal gətirərək, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu Jameel Prize mükafatına təqdim olunmasını və əsərlərinin Londondakı Viktoriya və Albert Muzeyində sərgilənməsini qeyd etmək olar; Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda ezam-sakin olmuşdular.

YAY Qalereyası
Ünvan: AZ1001, Azərbaycan, Bakı, İçərişəhər, Kiçik Qala küç., 5.
İş vaxtı: 12:00 - 20:00 (bazar ertəsindən başqa)
Website: www.yaygallery.com
Facebook: facebook.com/YayGallery
Instagram: instagram.com/yaygallery
Telefon: +994 12 505 23 23

Məqalədə:
Xəbər lenti

Xəbər lenti