...

Ceki Çanın yeni rolu – "Əcnəbi"

Mədəniyyət Materials 16 İyul 2015 17:03 (UTC +04:00)
Baş rolda məşhur aktyor Ceki Çanın çəkildiyi “Əcnəbi” (The Foreigner) trillerinin rejissoru yeni zelandiyalı Martin Kempbelldir.
Ceki Çanın yeni rolu – "Əcnəbi"

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Baş rolda məşhur aktyor Ceki Çanın çəkildiyi "Əcnəbi" (The Foreigner) trillerinin rejissoru yeni zelandiyalı Martin Kempbelldir. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Rejissorun hesabında iki "Bond" filmi var - "Qızıl göz" (Golden Eye, 1995) və "Kazino Royal" (Casino Royale, 2006). Məhz bu filmlərdə Pirs Brosnan və Deniel Kreyq "Agent 007" kimi debüt etmişdilər.

"Əcnəbi" filminin çəkilişləri bu ilin oktyabr ayında başlamalıdır. Süjet britaniyalı yazıçı Stiven Lezerin 1992-ci ildə dərc olunan "Çinli" (The Chinaman) romanı əsasındadır. Roman qızının ölümündə günahkar olan irlandiyalı döyüşçülərdən ibarət qrupu tapmağa çalışan Londonun Çayna-Taun restoranının sahibindən bəhs edir. Ceki Çan restoran sahibini oynayacaq.

"Əcnəbi" filmi "STX Entertainment" və Çinin "Huayi Brothers Media Corp" media-qrupunun birgə fəaliyyət haqqında üçillik saziş çərçivəsində ilk böyük layihədir. Razılığa əsasən, şirkətlər 2016-cı ildən birgə 12-15 film istehsal edəcəklər.

Xəbər lenti

Xəbər lenti