Luvr muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb (FOTO)

Luvr muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən "Art Shopping" festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə də tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib.

O, Məryəmin öz hisslərini, gördüyü və duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin yenidən fərdi sərgisinin açılmasının gənc rəssamın uğurunun göstəricisi olduğunu diqqətə çatdırıb.

E.Əmirbəyov deyib ki, enerji, saflıq, müxtəlif rənglər və işıqla dolu yeni bir dünya yaradan Məryəm ecazkar bədii bacarığı ilə seçilir. Onun enerji və insan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə də dəfələrlə nümayiş olunub.

Səfir Məryəmin budəfəki fərdi sərgisinin xüsusi bir mövzuya - ibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr olunduğunu və bunun da təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş və palçıq vulkanları ölkəmizin qədim və zəngin mədəni irsinin nadir nümunələrindəndir. Bu zəngin irsin qorunub saxlanması məqsədilə 1966-cı ildə Bakı şəhərindən 65 kilometr aralıda açıq səma altında muzey - Qobustan Tarix-Bədii Qoruğu yaradılıb. Diplomat gənc rəssamın məhz həmin qoruqda mühafizə olunan, qədim dövrdə gündəlik həyatı əks etdirən milli mədəni irsimizin nümunələrindən ilhamlandığını vurğulayıb. Səfir Məryəmin fərdi sərgisinin təşkilatçılarına və qonaqlara təşəkkür edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Məryəmin bugünkü fərdi sərgisinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun qayaüstü yazılarına həsr olunmasının önəmini vurğulayıb. O, gənc rəssamın bu əsərlərlə Azərbaycanın mədəni irsini təşviq etdiyini diqqətə çatdırıb.

A.Kərimov 2011-ci ildə Məryəmin UNESCO-da sərgisinin təşkil olunduğunu və böyük müvəffəqiyyət qazandığını xatırladıb. O, rəssamın fərdi sərgilərinin İstanbul, Ankara, Berlin, Paris, Roma və digər şəhərlərdə uğurlarından söhbət açıb.

İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janet Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam yaşadığı hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut etdi. O, açıq səma altında muzey - Qobustan Dövlət Tarix-Bədii Qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olunduğunu və onun Azərbaycanın mərkəzində qayalıq yarımsəhra olan üç zonanı əhatə etdiyini bildirib. Avropa və Asiya mədəniyyətinin qovuşuğunda yerləşən və kosmik enerjisi ilə tanınan bu mifik məkanda paleolit dövrünün 6 min qayaüstü yazı və şəkli, eləcə də mağara və kurqanların qalıqları qorunub saxlanılır.

Xanım Janet Zvinjenberjer gənc rəssamın bu il bütün yay mövsümündə tarixin çox qədim dövrünü əks etdirən yeni əsərlər silsiləsi yaratdığını deyib. Eramızdan əvvəlki dövrü əhatə edən bu işarələri rəssam tablolarının birində "Əcdadlarımızın kölgələri" adlandırıb.

Sərginin təşkilatçısı deyib: "Məryəm Ələkbərli əsərlərində nizə və oxla silahlanmış, maral, çöl donuzu və ya öküz ovlayan ovçuların ov səhnələrini göstərir. Əl-ələ tutmuş geometrik personajlar bu gün də Azərbaycanda məşhur olan "Yallı" ritual rəqsini ifa edirlər. Puantilizm stilində çəkilmiş dairələr palçıq vulkanlarından bəhs edir. Rəssam qayalar üzərində həkk olunmuş sxematik fiqurlardan ilhamlanaraq onları qızılı rənglə təsvir edir. Universal dəyərlərə malik bu simvollarda bəşəriyyətin izləri əks olunur. İpək üzərində soyuq batik texnika ilə işlənmiş rəngli arxa fon landşaftın yaşıllığını, dənizin maviliyini, səmanın qızılı rəngini təsvir edir. Fırça ilə çəkilmiş qadın portretləri də özünəməxsusluğu ilə diqqət çəkir. Məryəm çəhrayı, narıncı və tünd qırmızı rənglərdən ustalıqla istifadə edərək qadın dərisinin təravətini incəliklə təsvir edir. Rəsmlərin haşiyə zolaqları mürəkkəb quruluşu ilə fərqlənir. Yay paltarında uzanmış və ya ayaq üstə duran qadın siluetləri ilə həyata ecazkar bağlılığı ifadə edir. Məryəm qadın rəsmlərini Afrodita, Artemida və Demetra kimi ilahələrin adı ilə bağlayır".

Diqqətə çatdırılıb ki, istedadlı rəssam əsərlərində birbaşa və səmimi dili ilə başqasını tamamilə fərqli bir formada dərk etmək zərurətinə də toxunur. Məryəmin "Qadın arxetip"ləri adlanan bu əsərlərində özünə güvənən qadınların obrazları əks olunur. O, ətraf aləmi dinləyən qadınların sakit daxili aləmini göstərir.

Vurğulanıb ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.

Çıxışlardan sonra tanınmış gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar Məryəm Ələkbərlinin əsərlərinə baxıblar.
Sərgi çərçivəsində "Petroqliflər" adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.

Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi oktyabrın 25-dək davam edəcək.

Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Loading Bars
Xəbər lenti
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik - Sahil Babayev
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq
13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir
Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb
Bütün xəbərlər