Bakı. Trend:
Yanvarın 19-da, saat 14:30-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Milli Qəhrəmanlar" sənədli filmlər silsiləsindən "Vətənə dönənim" filmi nümayiş olunacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Ənvər Fərəcova həsr edilmiş, "Yaddaş" sənədli filmlər studiyasında çəkilən filmin rejissoru Zamin Məmmədovdur. Filmdə qəhrəmanın həyatından və igidliklərlə dolu şərəfli döyüş yolundan bəhs edilir.
20 Yanvar faciəsinin 26-cı il dönümü münasibətilə vətənpərvərlik filmlərinin nümayişi çərçivəsində təşkil olunacaq tədbirə giriş sərbəstdir.