Bakı. Trend:
Yessentukidə müalicə və istirahətdən qayıdan aşıq Əli 8 kiloqram çəki atıb.
Trend-in məlumatına görə, bunu sağlamlığı üçün edən sənətçi köklüklə bağlı kompleksinin olmadığını bildirib: "Çalışmışam ki, köklüyümlə bağlı kompleks yaratmayım. Özümü rahat və gümrah hiss edirəm. Bu da yəqin ki, gəncliyimlə bağlıdır. Bilirəm ki, gələcək illərdə orqanizmdə müəyyən fəsadlara yol aça bilər. Hələ ki bəzi kökəlməyə meyilli qidalardan uzaq durmağı qarşıma məqsəd qoymamışam. Amma hərdən düşünürəm ki, qida rasionumda məhdudiyyətim olmalıdır".
Sənətçi sanatoriyada 8 kiloqram çəki atdığını deyib: "Konkret çəkimi demək istəmirəm. Amma müalicə kursu keçərkən mənə müəyyən pəhriz proqramı müəyyən edilib. Çalışacağam ki, bunu Bakıda da davam etdirim. İş qrafikimiz bəzən buna mane olur. Məclislərdə qonaq kimi iştirak edəndə yemək yeyirəm, sənətçi kimi qatılanda yemirəm. Gəlib evdə yeməli oluram, bu da gecə saatlarına təsadüf edir. Kənd toylarında isə yeyirəm. Mənim üçün ən əsası sağlamlıqdır, əsas sağlamlığımı qorumağa çalışıram".