...

Nazir: Mədəniyyət sahəsində idarəolunma üzrə təkmilləşdirilmələr aparılacaq

Mədəniyyət Materials 29 Yanvar 2016 12:13 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə birgə mədəniyyət sahəsində idarəolunma üzrə təkmilləşdirilmələr aparacaq.
Nazir: Mədəniyyət sahəsində idarəolunma üzrə  təkmilləşdirilmələr aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə mədəniyyət sahəsində idarəolunma üzrə təkmilləşdirilmələr aparacaq.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib: "Nazirlik 10 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə turizmin idarə olunması sahəsində Avropa İttifaqının Tvinniq layihəsi həyata keçirildi. İndi isə biz Aİ ilə mədəniyyətdə idarəolunma sahəsində təkmilləşdirilməyə başlayırıq. Bunlar hamısı təbii proseslərdir".

Nazir qeyd edib ki, ötən ilin sonunda nazirlik tərəfindən strukturda islahatlar keçirildi: "Bu proses də davam edəcək. Lazım olduqda işləməyən müəssisələr ixtisar olunacaq. Amma eyni zamanda, işləyən, yeni müasir üsulla çalışan müəssisələrin inkişafına sözsüz ki, təkan verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti