...

Gəncədə ən yaxşı rəqqaslar müəyyənləşdi (FOTO)

Mədəniyyət Materials 5 Fevral 2016 12:27 (UTC +04:00)
Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Asossiyasiyası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə İlk Respublika Rəqs Konqresi və “Kəpəz Cup 2016” müsabiqəsini Gəncə şəhərində keçiriblər.
Gəncədə ən yaxşı rəqqaslar müəyyənləşdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Asossiyasiyası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə İlk Respublika Rəqs Konqresi və "Kəpəz Cup 2016" müsabiqəsini Gəncə şəhərində keçiriblər. Trend-ə verilən məlumata görə, tədbirlər Azərbaycan Gənclər gününə həsr olunub. Bakı, Xırdalan, Abşeron, Gəncə, Şəmkir, Göy-Göl, Ağcabədi, Ağstafa, Qazax və Goranboy rəqs kollektivlərin rəhbərləri konqresdə iştirak ediblər. Açılışda, ATA-nın Prezidenti, AGİ-nın sədr müavini Əziz Əzizov ölkəmizdə son illərdə rəqs inkişafından danışıb, gələcək planları ilə paylaşıb.

Hakimlər kollegiyasına elə milli rəqs sənətinin mütəxəssislər kimi daxil olub: Tahir Eynullayev, Ülviyə Həsənova, Natavan Musayev, Veronika Talıbova, Akif Kərimli.

Qliblərə gəlincə, sevinənlər - "Kəpəz kuboku"n sahibləri: Folklor Stilizasiya kateqoriyasında: baby show ,small group -" Tumurcuk qrupu" Şəmkir. Children, solo- " Günəşim qrupu" Gəncə . Junior, small group -" Ləman qrupu" Ağstafa. Junior, formation- "Qarabağ qrupu" Ağcabədi. Rəqs şou kateqoriyasında: Baby show,solo -"Günəşim qrupu" Gəncə. Children, solo -"Zirvə qrupu" Çingiz Mustafayev adına mərkəz.(Bədii rəhbər Natavan Musayeva) Baku. Junior, formation -"Qarabağ qrupu"Ağcabədi. Adults, solo-" Jam SS qrupu"Baku. Adults, duet -"Jam SS qrupu" Baku. Adults, small group-"Jam SS qrupu" Baku. Folklor etnika kateqoriyasında:Children,solo -"Buta qrupu" Abşeron. Children, duet-"Zirvə qrupu" Çingiz Mustafayev adına mərkəz.(Bədii rəhbər Natavan Musayeva) Baku. Children, small group -"Zirvə qrupu" Abşeron. Children, formation-"Zirvə qrupu" Çingiz Mustafayev adına mərkəz.(Bədii rəhbər Emil Panahov) Baku. Junior, solo-"Zirvə qrupu" Abşeron. Junior, duet-"Zirvə qrupu"Abşeron. Junior, mini production-"Zirvə qrupu" Çingiz Mustafayev adına mərkəz.(Bədii rəhbər Emil Panahov) Bakı.

Sonda Ə.Əzizov layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti