...

Azərbaycan dizaynerləri The Most Slylish One mövsümünün trendini təqdim etdilər (FOTO)

Mədəniyyət Materials 21 Fevral 2016 14:49 (UTC +04:00)
Bakıda De Camie butikində FMS Models agentliyi tərəfindən təşkil olunmuş The Most Slylish One adlı yeni dəb layihəsinin təqdimatı keçirilib.
Azərbaycan dizaynerləri The Most Slylish One mövsümünün trendini təqdim etdilər (FOTO)

Bakı. Trend:

Bakıda De Camie butikində FMS Models agentliyi tərəfindən təşkil olunmuş The Most Slylish One adlı yeni dəb layihəsinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, FMS Models rəhbəri Lyubov Qutorava qeyd edib ki, yerli modelyer-dizaynerlərə dəstək məqsədilə təşkil edilən layihə ildə iki dəfə keçiriləcək.

Tədbirin formatına uyğun olaraq hər bir dizayner öz kolleksiyasından bir iş təqdim edib. Gecənin aparıcısı isə Kamran Razmovar olub. Tədbirə gənc dizaynerlər Günay Quliyeva, Lalə Ağayeva və Şəbnəm Zeynalova qatılıb. Həmçinin yeganə kişi iştirakçı Anar qasımob layihədə yer alıb.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti