...

Opera və Balet Teatrında “Qaratoxmaq qadın” operasının premyerası keçiriləcək

Mədəniyyət Materials 27 Fevral 2016 12:37 (UTC +04:00)
Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Qaratoxmaq qadın” operasının premyerası keçiriləcək.
Opera və Balet Teatrında “Qaratoxmaq qadın” operasının premyerası keçiriləcək

Bakı. Trend:

Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Qaratoxmaq qadın" operasının premyerası keçiriləcək.

Trend-ə Mədəniyyət və Tuzrim Nazirliyindən verilən məlumata görə, tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlov, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Mehriban Süleymanovadır.

Tamaşada German partiyasını ifa etmək üçün Ukraynanın Xalq artisti, Ukrayna Milli Operasının solisti Andrey Romanenko dəvət olunub. Tamaşada həmçinin Teatrımızın solistləri, Əməkdar Artistlər Fəridə Məmmədova (Liza), Səbinə Vahabzadə (Qrafinya), Cahangir Qurbanov (Yeletski), Anton Ferştandt (Tomski), Səbinə Əsədova (Polina) və gənc solistlər Tural Ağasıyev (Çekalinski), İlham Nəzərov (Prilepa), Tələt Hüseynov (Narumov) çıxış edəcəklər.

Görkəmli rus bəstəkarı P.Çaykovski 19 fevral 1890-cı ildə Florensiyada olarkən "Qaratoxmaq qadın" operası üzərində işləməyə başlamış və çox qısa müddət ərzində - cəmi 44 günə operanı başa çatdırmışdı. Operanın librettosu dahi rus şairi A.Puşkinin eyni adlı povestinin motivləri əsasında qələmə alınmışdı. Tamaşanın premyerası 7 dekabr 1890-cı ildə Peterburqda Mariinski Teatrında baş tutmuş və böyük uğur qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti