...

Bakıda “Traviata”...

Mədəniyyət Materials 16 Mart 2016 09:14 (UTC +04:00)
Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.
Bakıda “Traviata”...

Bakı. Trend:

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tamaşada əsas partiyalarda Teatrın aparıcı solistləri - Əməkdar Artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Səbinə Vahabzadə (Flora), Anton Ferştandt (Doktor Qrevil) və Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) çıxış edəcəklər.

Yerli vokal ustaları ilə yanaşı, tamaşada əsas rollardan biri olan Jermon partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti Stanislav Trifonovu dəvət edib.

Opera tamaşasını dirijorların beynəlxalq müsabiqəsinin laureatı Əyyub Quliyev idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti