...

Musiqili Teatrın həftəsonu repertuarı

Mədəniyyət Materials 14 Aprel 2016 20:28 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.
Musiqili Teatrın həftəsonu repertuarı

Bakı. Trend:

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.

15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da tamaşaçılara "O olmasın, bu olsun" (Ü.Hacıbəyli), "Yağış göbələyinin macərası" (R.Şəfəq, V.Zimin), "Qızıl toy" (O.Kazımi, R.Heydər), "Yatmış gözəl və cırtdanlar" (Ş.Pero) və "Qısqanc ürəklər" (R.Mirişli, M.Haqverdiyev) tamaşaları təqdim olunacaq.

Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar - əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 16 aprel saat 12.00-da R.Şəfəq və V.Ziminin "Yağış göbələyinin macərası" əsəri rus dilində, 17 aprel saat 12.00-da Ş.Peronun (səhnələşdirən A.Sadıqov) "Yatmış gözəl və cırtdanlar" tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti