...

Heydər Əliyev Sarayında "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək

Mədəniyyət Materials 5 May 2016 19:55 (UTC +04:00)
Mayın 26-da Heydər Əliyev Sarayında Respublika Gününə həsr olunmuş “Ulu torpağım, Azərbaycan!” konsert proqramı keçiriləcək.
Heydər Əliyev Sarayında "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək

Bakı. Trend:

Mayın 26-da Heydər Əliyev Sarayında Respublika Gününə həsr olunmuş "Ulu torpağım, Azərbaycan!" konsert proqramı keçiriləcək.

Konsertdə xalq artistləri Mələkxanım Əyyubova, Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), tanınmış müğənnilər Könül Kərimova, Samir Piriyev, Nadir Qafarzadə, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yəhyayeva, Yaşar Yusub, Könül Məmmədli, Yaşar Muradov, aşıqlar Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı, Fəzail Misginli, Aşıq Nazim və Aşıq Nəbi iştirak edəcəklər.

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdur.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

Məqalədə:
Xəbər lenti

Xəbər lenti